X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

AQO monitorinq qrupu ilə işgüzar görüş

Ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin AQO Monitorinq Qrupu nümayəndə heyətinin ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla işgüzar görüşü keçirilmişdir.

Görüşdə qonaqlara məhkəmə-hüquq sahəsində son zamanlar həyata keçirilmiş islahatlar haqqında məlumat verilmiş, o cümlədən yeni yaradılmış məhkəmələrin səmərəsi, hakimlərin fəaliyyətinin obyektiv qiymətləndirilməsi və şəffaf təyinatların aparılması, onların mükəmməl tədrisi, məhkəmələrin işinin yaxşılaşdırılması və şikayətlərin azalması, habelə penitensiar sistemin müasirləşdirilməsi üzrə görülmüş genişmiqyaslı işlər vurğulanmışdır.

Avropa Şurası ilə səmərəli əməkdaşlıq şəraitində Azərbaycanda ədliyyə və məhkəmə sistemində aparılan islahatların müsbət nəticələrini alqışlayan nümayəndə heyətinin rəhbəri səfir Pyer Syörqen bu sahədə bundan sonra da konstruktiv dialoqun davam etdirilməsinin əhəmiyyətini qeyd etmişdir.

Qonaqlar cəzaçəkmə müəssisələrinə baş çəkərək bir sıra məhkumlarla görüşlərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığına görə təşəkkürlərini bildirmiş, məhkumların vəziyyəti ilə bağlı problemlərin olmadığını söyləmişlər.

Görüş zamanı həmçinin, media ilə münasibətlər, cinayət qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı faydalı fikir mübadiləsi aparılmışdır.

Keçidlər