X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ölkəmizin hüquqi əlaqələri genişlənir

Ölkəmizin hüquqi əlaqələri genişlənir

Beynəlxalq Prokurorlar Assosiasiyası İcraiyyə Komitəsinin iclasında

Bu günlərdə Finlandiyanın paytaxtı Helsinkidə ölkəmizin sıx əməkdaşlıq etdiyi Beynəlxalq Prokurorlar Assosiasiyasının rəhbər orqanı İcraiyyə Komitəsinin növbəti iclası keçirilmişdir. Tədbirdə Komitənin üzvü, Azərbaycanın ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov iştirak etmişdir.

İclasda mühüm təşkilati məsələlərə baxılmış, Assosiasiyanın fəaliyyətinin müasirləşdirilməsi barədə tədbirlər müzakirə olunaraq bu işdə ölkəmizin töhfəsi qeyd olunmuşdur.

Finlandiyanın ədliyyə naziri xanım
Tuya Braks ilə görüş

Səfər çərçivəsində həmçinin Finlandiyanın ədliyyə naziri xanım Tuya Braks ilə görüş keçirilmişdir. Görüşdə Azərbaycanda həyata keçirilən hərtərəfli islahatların müsbət nəticələri, xüsusilə də ölkəmizin dinamik iqtisadi inkişafı qeyd olunmuş, ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına dair ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən görülmüş genişmiqyaslı işlər vurğulanmışdır.

Azərbaycanın Finlandiya üçün mühüm tərəfdaş ölkə olduğunu qeyd edən xanım Braks, ölkəmizdə aparılan mütərəqqi islahatları yüksək qiymətləndirmiş, Finlandiya ekspertlərinin iştirakı ilə keçirilmiş Azərbaycanın penitensiar sisteminə dəstək beynəlxalq Proqramı çərçivəsində səmərəli əməkdaşlıqdan və bu sahədə ölkəmizin nailiyyətlərindən məmnun qaldığını, hüquqi əlaqələrin daha da genişləndirilməsinə hazır olduğunu bildirmişdir.

Görüşdə ölkələrimizin Ədliyyə nazirlikləri arasında əlaqələrin gücləndirilməsi, ədliyyə işçilərinin, hakimlərin və digər hüquqşünasların tədrisi və s. sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilmişdir.

Həmçinin, ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi üzrə kompleks tədbirlərin həyata keçirilməsi, o cümlədən yeni məhkəmə binalarının inşası nəzərə alınaraq, təcrübə mübadiləsi məqsədilə Helsinki şəhər məhkəməsinin fəaliyyəti, hakimlərin iş şəraiti və məhkəmə təcrübəsi ilə tanış olunmuş, səmərəli fikir mübadiləsi aparılmışdır.

 

Helsinki Şəhər Məhkəməsi ilə tanışlıq

Keçidlər