X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində Avropa Şurasının nümayəndələri ilə görüş

Avropa Şurasının çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı tədbirlərin qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsinin (MONEYVAL) ölkəmizdə səfərdə olan nümayəndə heyətinin üzvləri fevralın 6-da Ədliyyə Nazirliyində olmuşlar.

Azərbaycanda hüquq sistemində aparılan islahatlar, ədliyyə orqanlarının inkişafı, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması üzrə görülən işlər barədə nümayəndə heyətinə ətraflı məlumat verən nazir müavini Toğrul Musayev müzakirə olunan məsələlər üzrə dövlətimizin qoşulduğu beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin yerinə yetirilməsi çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsini, o cümlədən, "Qeyri-qanuni pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanun layihəsinin hazırlandığını qonaqların diqqətinə çatdırmışdır.

MONEYVAL-ın üzvləri ilə qanun layihəsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmış, təkliflər irəli sürülmüşdür.

Keçidlər