X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində Avropa Şurasının həmməruzəçiləri ilə görüş keçirilmişdir

Ölkəmizdə səfərdə olan Avropa Şurası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Yevgeniya Jivkova fevralın 6-da Ədliyyə Nazirliyində olmuşlar.

Azərbaycanın Avropa Şurası ilə hərtərəfli əməkdaşlığa xüsusi önəm verdiyini bildirən ədliyyə nazirinin müavini Toğrul Musayev son illər ərzində ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi mərhələsində ədalət mühakiməsinin səmərəliliyinin artırılması, hakim korpusunun genişləndirilməsi, ədliyyə sahəsində həyata keçirilən islahatlar, əhalinin ədliyyə orqanlarına müraciət etmək imkanlarının asanlaşdırılması ilə bağlı görülən konkret işlər, bu istiqamətdə fəaliyyətin şəffaflıq və aşkarlıq prinsipləri əsasında qurulması barədə ətraflı məlumat vermişdir.

Hüquq sistemindəki islahatlardan məmnun olduğunu vurğulayan qonaqlar Ədliyyə Nazirliyi ilə Avropa Şurası arasında səmərəli əməkdaşlığı xüsusi qeyd etmişlər.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun da iştirak etdiyi görüşdə həmçinin, bir sıra məsələlər üzrə ətraflı fikir mübadiləsi aparılmış, maraqlandırılan suallara aydınlıq gətirilmişdir.

Səfər çərçivəsində həmməruzəçilər cəzaçəkmə müəssisələrinə baş çəkmişlər.

Keçidlər