X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyidə ulu öndərimiz Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbirlər keçirilmişdir

Dekabrın 12-də Ədliyyə Nazirliyində müasir Azərbaycan dövlətinin banisi, türk dünyasının görkəmli siyasi xadimi Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anma mərasimləri keçirilmişdir.

Ədliyyə işçiləri əvvəlcə Fəxri Xiyabana gələrək, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, məzarı önünə əklil qoymuşlar. Sonra Ədliyyə Nazirliyində ulu öndərimizin büstü önünə gül dəstələri qoyulmuş, onun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Nazirlikdə keçirilən tədbirdə ədliyyə naziri Fikrət Məmmədov çıxış edərək, ölkəmizin siyasi və iqtisadi tərəqqisində, ictimai həyatımızın bütün sahələrində misilsiz xidmətləri olan əbədiyaşar liderimizin müasir dövlətçiliyimizin qurulması və inkişafında tarixi rolunu vurğulamış, bütün ömrünü xalqa təmənnasız xidmətə həsr edərək, milli maraqları daim hər şeydən üstün tutmuş Heydər Əliyevin əziz və işıqlı xatirəsinin xalqımızın yaddaşında əbədi yaşayacağını bildirmişdir.

Tədbirdə Heydər Əliyev siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən milli dövlətçiliyimizin inkişafı naminə həyata keçirilən uğurlu islahatlar və nailiyyətlər qeyd edilmiş, Azərbaycan xalqının gələcəyinin ulu öndərimizin ölməz ideyalarının tətbiqi ilə bağlı olduğu vurğulanmışdır.

Mərasimdə çıxış edən ədliyyə işçiləri dahi liderimiz Heydər Əliyevin müəyyən etdiyi milli dövlətçilik prinsiplərinə sadiq qalaraq, ölkəmizin daha da qüdrətlənməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini bildirmişlər.

Tədbir iştirakçıları Nazirlikdə Heydər Əliyev Muzeyində böyük öndərin həyat və fəaliyyətini əks etdirən maraqlı ekspozisiyalara baxmış, ümummilli liderimizə həsr olunmuş filmi izləmişlər. Anma mərasimindən sonra ehsan süfrəsi açılmışdır.

Keçidlər