X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Hakimliyə namizədlərlə uzunmüddətli tədris kursu davam edir

Hakimliyə namizədlərlə şəffaf prosedurlar əsasında, ən yüksək beynəlxalq standartlara uyğun keçirilmiş çoxmərhələli imtahanlarda müvəffəqiyyət qazanmış 102 nəfər namizəd bu ayın əvvəlindən yarım illik tədris kursuna cəlb edilmişlər.

Məhkəmələrin insan haqlarının qorunmasında müstəsna rolu nəzərə alınaraq kursun tədris proqramında hakimliyə namizədlərlə Avropa Şurası ilə birgə insan haqları ilə bağlı bir həftəlik seminarın keçirilməsi, tədbir çərçivəsində İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tətbiqi və icra mexanizmləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində prosedurlar, məhkəmənin qərarlarının icrası və onun milli hüquq sisteminə təsiri və s. mövzuların tədrisi nəzərdə tutulmuşdur.

Oktyabr ayının 29-da Avropa otelində həmin seminarın açılışı olmuşdur. Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini Toğrul Musayev ölkə prezidentinin tapşırığı ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə Avropa Şurası ilə əməkdaşlıq şəraitində həyata keçirilən kompleks tədbirləri qeyd etmiş, hakimliyə namizədlərin tədrisinə xüsusi diqqətə, nüfuzlu beynəlxalq ekspertlərin bu prosesə cəlb edildiyinə görə bu mötəbər quruma minnətdarlığını bildirmişdir.

Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatının mütərəqqi mahiyyətini qeyd edən Avropa Şurası Baş Katibinin Azərbaycandakı Xüsusi Nümayəndəsi Denis Bribosia İnsan Hüquqları üzrə Avropa Konvensiyasının tətbiqi ilə bağlı məsələlərin tədrisinin hakimliyə namizədlər üçün əhəmiyyətini vurğulamış, Avropa Şurası ekspertlərini təqdim etmişdir.

Sonra seminar Litvadan olan hakim Henrikas Mikkeviçiusun İnsan Hüquqları üzrə Avropa Konvensiyasının icmalı və icra mexanizmləri mövzusunda mühazirəsi ilə işini davam etdirmişdir.

Keçidlər