X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

Azərbaycanda səfərdə olan ATƏT-in baş katibi səfir Mark Perrin de Brişambo oktyabrın 19-da ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Qonağı səmimi salamlayan nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar, qanunun aliliyinin, insan hüquqlarının təmin edilməsinə yönələn tədbirlər barədə məlumat vermiş, məhkəmə sisteminin təkmilləşdirilməsi, ədliyyə orqanlarının, o cümlədən penitensiar xidmətin müasirləşdirilməsi üzrə işləri qeyd etmiş, bu sahədə beynəlxalq təşkilatlarla, xüsusilə ATƏT-lə həyata keçirilən əməkdaşlığın əhəmiyyətini vurğulamış, hakimliyə namizədlərin ən şəffaf prosedurlarla seçilməsində və tədrisində ATƏT-in yaxından iştirak etdiyini bildirmişdir.

ATƏT-lə vacib və fəal tərəfdaş ölkə olan Azərbaycanda bütün sahələrdə sürətli inkişafın şahidi olduğunu, bu mütərəqqi islahatların böyük siyasi iradə tələb etdiyini bildirən qonaq, hüquqi sahədə ən yüksək standartların tətbiqində ölkəmizin nailiyyətlərini vurğulamış, məhkəmə və ədliyyə sahəsində görülən məqsədyönlü tədbirləri, onların konkret nəticələrini böyük məmnunluqla qarşılamışdır. Cənab Brişambo hakimliyə namizədlərlə keçirilən tədris kurslarını yüksək qiymətləndirərək, hakimlər üçün də təlimlərdə ATƏT-in iştirak etməyə hazır olduğunu söyləmiş, faydalı əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı təkliflərini bildirmişdir.

Görüşdə həmçinin, hakimliyə namizədlər və hakimlərin beynəlxalq təcrübəyə yiyələnmək məqsədilə xarici tədris səfərlərinin təşkil edilməsi, azadlıqdan məhrumetmə yerlərinin müasir standartlara uyğun qurulması və digər sahələr barədə ətraflı fikir mübadiləsi aparılmış, konkret tədbirlər və əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur. ATƏT-in Bakı ofisinin rəhbəri Xose Luis Herrero görüşdə iştirak etmişdir.

Keçidlər