X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Beynəlxalq hüquq əməkdaşlığı genişlənir

Beynəlxalq hüquq əməkdaşlığı genişlənir

Beynəlxalq Prokurorlar Assosiasiyasının 12-ci İllik Konfransın
açılışında Çinin xüsusi inzibati regionu olan Honkonqun icra başçısı
Donald Tsanqın çıxışı

Azərbaycan Respublikası dünyanın nüfuzlu təşkilatları ilə, o cümlədən BMT-nin İqtisadi və Sosial Şurasında məşvərətçi statusuna malik olan Beynəlxalq Prokurorlar Assosiasiyası ilə səmərəli əməkdaşlıq edir.

Assosiasiyasının İcraiyyə Komitəsinin
iclasında

Sentyabrın 15-21-də Çinin xüsusi inzibati regionu olan Honkonqda dünyanın 100-ə yaxın dövlətinin 500 nümayəndəsinin, o cümlədən prokurorluq, ədliyyə və digər hüquq-mühafizə xidmətlərinin rəhbər şəxslərinin iştirakı ilə Beynəlxalq Prokurorlar Assosiasiyasının 12-ci İllik Konfransı və Ümumi Yığıncağı, habelə təşkilatın rəhbər orqanının İcraiyyə Komitəsinin iclası keçirilmişdir. Tədbirlərdə ölkəmizi Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, ədliyyə naziri Fikrət Məmmədovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil etmişdir.

Azərbaycanın nümayəndə heyəti
BPA-nın yeni seçilmiş prezidenti
Fransua Falletti (sağdan birinci) və
Çindən olan vitse- prezidenti Ye Fenq
(sağdan ikinci) ilə birlikdə

Konfransın açılışında Honkonqun icra başçısı Donald Tsanq çıxış etmişdir. Konfransda məhkəmə, prokurorluq və polisin KİV və ictimaiyyətlə əlaqələri, məhkəmə prosesi iştirakçılarının statusu və digər aktual məsələlər müzakirə edilərək, faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır.

Beynəlxalq Prokurorlar Assosiasiyasının Ümumi Yığıncağında İcraiyyə Komitəsinə seçkilər keçirilmişdir. Assosiasiyanın yeni prezidenti Eurojust (Avroədliyyə) təşkilatında Fransanın milli nümayəndəsi Fransua Falletti seçilmişdir. Təskilatın fəaliyyətinə ölkəmizin verdiyi töhfələr nəzərə alınaraq, Azərbaycanın ədliyyə naziri isə yenidən İcraiyyə Komitəsinə uzv seçilmisdir.

Honkonqun ədliyyə naziri
Vonq Yan Lunq ilə görüş

Səfər çərçivəsində Azərbaycanın nümayəndə heyəti yerli məhkəmələrin fəaliyyəti ilə yaxından tanış olmuş, məhkəmə prosesində tətbiq edilən ən qabaqcıl texnologiyalarla maraqlanmış, səmərəli təcrübə mübadiləsi aparılmışdır.

Səfər zamanı həmçinin, Honkonqun ədliyyə naziri, baş prokuroru və bir sıra dövlətlərin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə işgüzar görüşlər keçirilmiş, qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.

 

Konfrans iştirakçılarının xatirə şəkli

Keçidlər