X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Yunanıstanla Azərbaycan arasında hüquqi əməkdaşlıq genişlənir

Yunanıstanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Temistokles Dimidis sentyabrın 5-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirən nazir hüquqi sahədə əməkdaşlığın əhəmiyyətini qeyd edərək, Yunanıstanda yaradılmış Avropa Ümumi Hüquq Mərkəzi ilə ölkəmizin Ədliyyə Nazirliyinin səmərəli əməkdaşlığını, o cümlədən Azərbaycanda hakimlər, hakimliyə namizədlər və digər hüquqşünaslar üçün mühazirələrin oxunmasının, Yunanıstana tədris səfərlərinin, faydalı təcrübə mübadiləsinin müsbət nəticələrini vurğulamışdır.

Dövlətlərimiz arasında səmərəli əməkdaşlığı razılıqla qeyd edən səfir Azərbaycanla hərtərəfli, xüsusilə hüquqi sahədə əlaqələrin genişləndirilməsinin maraq doğurduğunu bildirmiş, ölkəmizin ədliyyə nazirini Yunanıstana səfərə dəvət etmişdir.

Görüşdə məhkumların verilməsi, bu sahədə müvafiq Avropa konvensiyasının təkmilləşdirilməsi, məhkumların verilməsinin sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı Yunanıstanın təşəbbüsünə dair fikir mübadiləsi aparılmışdır.

Söhbətdə qarşılıqlı maraq doğuran digər məsələlər, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmiş, qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Keçidlər