X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Məhkəmə-Hüquq Şurasının iclası keçirilmişdir

Birinci instansiya məhkəmələri hakimlərinin səlahiyyət müddətlərinin bitməsi ilə əlaqədar onların hakimlik fəaliyyətini davam etdirməyə yararlılıqlarının müəyyən edilməsi məqsədilə Məhkəmə-Hüquq Şurası tərəfindən fəaliyyətlərinin qiymətləndirilməsi aparılmışdır.

Fikrət Məmmədovun sədrliyi ilə keçən iclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı dövlət başçısı cənab İlham Əliyevin tapşırıqlarının icrası üzrə görülən tədbirlər qeyd edilmiş, fəaliyyətlərində qanunvericiliyin tələblərini pozduqlarına, vətəndaşların haqlı narazılığına səbəb olan süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə Məhkəmə-Hüquq Şurası tərəfindən 59 hakimin intizam məsuliyyətinə cəlb edilməsi, o cümlədən 4 nəfərin səlahiyyətlərinə vaxtından əvvəl xitam edilməsi vurğulanmışdır.

İclasda, birinci instansiya məhkəmələri hakimlərinin qiymətləndirilməsi ilə bağlı prinsipial təhlillər aparılmış, işində olan nöqsan və çatışmazlıqlar nəzərə alınaraq 30 hakimin fəaliyyəti qeyri-məqbul hesab edilmiş və onlar yenidən hakim vəzifələrinə təyin olunmaları üçün təklif edilməmişlər (SİYAHI ƏLAVƏ OLUNUR).

Eyni zamanda sədrlik etdikləri məhkəmələrin fəaliyyətini lazımi səviyyədə təşkil edə bilmədiklərinə görə bir çox məhkəmə sədrləri həmin vəzifələrə yenidən təklif edilməmişlər.

166 hakimin birinci instansiya məhkəmələrində istifadə olunması məqsədəmüvafiq bilinmiş, habelə ən mütərəqqi beynəlxalq standartlar səviyyəsində, tam şəffaf şəraitdə keçirilmiş hakimliyə namizədlərin seçilməsi prosesini, o cümlədən 5 aylıq ilkin tədris kursunu uğurla başa vurmuş 55 nəfər hakimliyə namizədin hakim vəzifələrinə təyin edilmələri üçün ölkə Prezidentinə müvafiq təkliflər verilmişdir.

Birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təklif edilmiş şəxslər Məhkəmə-Hüquq Şurasına dəvət edilmiş, insan haqlarının etibarlı müdafiəsində onların rolu vurğulanmış, mövcud nöqsan və neqativ halların qətiyyətlə aradan qaldırılması zərurəti qeyd edilmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 28.07.2007-ci il tarixli sərəncamları ilə həmin şəxslər müvafiq hakim vəzifələrinə təyin edilmişlər. Qeyd edilən sərəncamlar Azərtac-ın internet saytında ( www.azertag.com ) dərc edilmiş və mətbuata verilmişdir.

Eyni zamanda 3 nəfər hakim son yaş həddinə çatdıqlarına görə yenidən hakim vəzifələrinə təyin edilmələri üçün təklif edilməmişlər.

Keçidlər