X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

Azərbaycanda səfərdə olan Belarus Respublikası Konstitusiya Məhkəməsinin sədri Qriqori Vasilyeviç iyulun 10-da ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Ölkələrimiz arasında əlaqələrin inkişafı üzrə son dövrdə mühüm addımlar atıldığını bildirən nazir, Prezident İlham Əliyevin və Prezident Aleksandr Lukaşenkonun qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərin genişlənməsinə böyük təkan verdiyini xüsusi vurğulamışdır. O, Azərbaycanda məhkəmə və ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi üzrə həyata keçirilən tədbirlərdən danışaraq, hüquqi sahədə əməkdaşlıq üçün zəruri müqavilə bazasının mövcudluğunu qeyd etmişdir.

Azərbaycanın iqtisadi və digər sahələrdə əldə etdiyi nailiyyətlərə heyran olduğunu vurğulayan cənab Q.Vasilyeviç, məhkəmə-hüquq sistemində mühüm yenilikləri böyük maraqla qarşılamış, keçirdiyi görüşləri, səmərəli danışıqları qeyd edərək, ölkəmizə səfərdən hədsiz razı qaldığını bildirmişdir.

Görüşdə ölkələrimizin məhkəmə və ədliyyə orqanları arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi, təcrübə mübadiləsi və digər əməkdaşlıq perspektivləri barədə faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Keçidlər