X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi (Kredit 4209AZ)

Elektron notariat sisteminin formalaşdırılmasına dair texniki spesifikasiyanın hazırlanması ilə əlaqədar məsləhət xidmətləri

Maraqların İfadəsi üzrə Bildiriş - 4.3-CS-02

 

Maraqların İfadəsi üzrə Bildiriş 21 may 2007-ci il tarixində DG-market onlayn jurnalında bu layihə ilə əlaqədar olaraq dərc edilmiş Ümumi Satınalmalar üzrə Bildirişin davamıdır.

Azərbaycan Respublikası Hökuməti Beynəlxalq İnkişaf Assosiasiyasından "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq kredit almış və həmin kredit vəsaitlərinin bir hissəsinin elektron notariat sisteminin formalaşdırılmasına dair texniki spesifikasiyanın hazırlanması ilə əlaqədar məsləhət xidmətlərinin göstərilməsi üzrə  müqavilə çərçivəsində istifadəsi nəzərdə tutulur.

Xidmətlərə aşağıdakılar daxildir: Ədliyyə Nazirliyini (ƏN) elektron notariat sisteminin formalaşdırılmasına dair funksional spesifikasiya, texnologiya spesifikasiyası, tətbiq və dəstək xidməti tələbləri və smeta daxil olmaqla, tətbiqi baxımından tam hazır spesifikasiya ilə təmin etmək.

Xidmətlərə aşağıdakılar daxildir:

Təhlil.

  •  
    • Notariat sistemində məlumat axınlarının və onun işlənilməsinin təfərrüatlı funksional təsvirinin hazırlanması (ƏN-in Qeydiyyat və notariat baş idarəsi, yerli notariat kontorları və ictimaiyyətlə əlaqələr daxil olmaqla).

Texniki tələblər 

  •  
    • Elektron notariat sisteminin formalaşdırılması məqsədilə tenderin keçirilməsi üçün təfərrüatlı texniki tələblərin hazırlanması (proqram təminatı, İKT infrastrukturu və zəruri tətbiqi və texniki dəstək xidmətləri də daxil olmaqla);
    • ƏN tərəfindən tələb edildikdə, elektron notariat sisteminin tətbiqinə nəzarət edilməsində yardım göstərilməsi.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məsləhətçiləri müsabiqədə iştirak edərək imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən məsləhətçilər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatlar (broşurlar, oxşar tapşırıqların təsviri, oxşar fəaliyyətlərdə təcrübə, işçi heyətinin müvafiq bacarıqlara malik olması və s.) təqdim etməlidirlər. Tapşırığın ehtimal olunan müddəti 3 aya qədərdir.

Məsləhətçinin işçi heyəti sistemlərin təhlili, informasiya sistemlərinin layihələndirilməsi, tətbiq və texniki dəstək, habelə informasiya sistemləri üzrə layihələrin idarə edilməsi və satınalmalar sahəsində təcrübəyə malik olmalıdır. Məsləhətçi firma aşağıdakı ixtisas tələblərinə malik olmalıdır:

  • Ümumi: İnformasiya sistemlərinin planlaşdırılması və layihələndirilməsi sahəsində ən azı 5 illik təcrübə;
  • Spesifik: Dövlət idarəetmə sektoru üçün oxşar tapşırıqların uğurla yerinə yetirilməsində təcrübəyə malik olmaq. 

Məsləhətçi şirkət Dünya Bankının təlimatlarında: (Dünya Bankından kreditalanlar tərəfindən məsləhətçilərin seçimi və işə qəbuluna dair) göstərilən qaydalarında göstərilmiş  Məsləhətçilərin ixtisası satınalma üsuluna uyğun olaraq seçiləcəkdir.  

İştirakçılar məlumatları 2009-cu il iyul ayının 29-u saat 18:00-dək aşağıda göstərilən ünvanlara (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, "Ədliyyə Sisteminin Müasir-ləşdirilməsi" Layihəsi, AZ1073, İnşaatçılar prospekti, 1, Bakı, Azərbaycan, tel: +99412 510 85 60, faks: +99412 510 76 72; elektron poçt ünvanı: office_jmp@justice.gov.az; jmpofficeaze@yahoo.com) göndərə bilərlər.

İştirakçılar əlavə məlumatları iş günləri 9:00-dan 18:00-dək yuxarıda göstərilən ünvanlardan əldə edə bilərlər.

Keçidlər