X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

BMT ilə əməkdaşlıq genişlənir

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov iyunun 13-də BMT-nin Azərbaycan Respublikasındakı rezident-əlaqələndiricisi cənab Bruno Pueza ilə görüşmüşdür.

Azərbaycanla BMT arasında mövcud olan əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətini vurğulayan nazir, ədliyyə orqanlarının inkişafı və məhkəmə sisteminin möhkəmləndirilməsi, o cümlədən bölgələrdə apellyasiya məhkəmələrinin formalaşdırılması, hakimliyə namizədlərin mütərəqqi və şəffaf üsullarla seçilməsi üzrə görülən əsaslı tədbirlər barədə məlumat vermişdir. O, ölkəmizdə insan hüquqlarının qorunması, bu sahədə məhkəmələrin rolu, demokratik təsisatların yaradılması və digər sahələrdə görülən mühüm işləri diqqətə çatdırmışdır.

Səmimi qəbula görə minnətdarlığını bildirən cənab Pueza Azərbaycanda həyata keçirilən mütərəqqi islahatların böyük maraq doğurduğunu və BMT-nin bu islahatları dəstəklədiyini bildirmişdir. O, xüsusi vurğulamışdır ki, Azərbaycanın sürətlə inkişaf etməsi ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığının əhəmiyyətini artırır. Cənab Pueza Azərbaycanda olduğu qısa zaman ərzində hüquq və məhkəmə sistemi ilə tanış olaraq, mövcud ehtiyaclara diqqət yetirdiyini bildirmiş və əməkdaşlığın genişləndirilməsi üzrə konkret təkliflərlə çıxış etmişdir. O, məhkəmə-hüquq islahatlarının uğurla davam etdirilməsini razılıqla qeyd edərək, bu sahədə görülən tədbirləri, o cümlədən hakimliyə namizədlərlə imtahanların tam obyektiv keçirilməsini, məhkəmə və ədliyyə fəaliyyətində aşkarlığın təmin edilməsini yüksək qiymətləndirmişdir.

Görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətləri müzakirə olunaraq, insan hüquqlarının təmin edilməsi, əhalinin dövlət reyestrinin yaradılması, hakimlərin tədrisi və digər konkret məsələlərə dair faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Keçidlər