X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

Ölkəmizdə səfərdə olan Türkiyə Konstitusiya Məhkəməsinin sədri xanım Tülay Tuğcu mayın 11-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq münasibətlərinin iki qardaş xalqın maraqlarına uyğun inkişaf etdiyini vurğulayan nazir ölkələrimiz arasında mövcud olan zəngin müqavilə-hüquq bazasının bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə orqanları arasında əlaqələrin daha da genişlənməsinə şərait yaratdığını bildirmişdir. O, qanunun aliliyinin təmin edilməsində, insan hüquqlarının müdafiəsində məhkəmə hakimiyyətinin mühüm rolunu qeyd edərək, Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına, məhkəmə sisteminin müasirləşdirilməsinə və ədliyyə orqanlarının inkişafına yönəlmiş mütərəqqi islahatlar, yeni hüquq təsisatlarının yaradılması, hakimliyə namizədlərin ən demokratik və şəffaf üsullarla seçilməsi üzrə görülən genişmiqyaslı işlər barədə ətraflı məlumat vermişdir.

Xanım Tuğcu sürətli və hərtərəfli inkişaf dövrünü yaşayan Azərbaycanda uğurla həyata keçirilən hüquq islahatlarının məhkəmə hakimiyyətinin daha da möhkəmlənməsinə, ölkəmizin beynəlxalq aləmdə demokratik imicinin yüksəlməsinə xidmət etdiyini vurğulamış, gənc dövlət olmasına baxmayaraq, bu sahədə Azərbaycanın atdığı addımların böyük maraq doğurduğunu bildirmişdir.

Görüşdə ölkələrimizin məhkəmə və ədliyyə orqanları arasında qarşılıqlı əlaqələrin daha da genişlənməsi, təcrübə mübadiləsi və əməkdaşlığın digər inkişaf perspektivləri barədə səmərəli fikir mübadiləsi aparılmışdır.

Sonra qonaq nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşdur.

Elə həmin gün Xanım Tuğcu Məhkəmə-Hüquq Şurasının üzvləri ilə görüşmüş, onun fəaliyyəti ilə maraqlanmış, Türkiyənin Hakimlər və Prokurorlar Ali Şurası haqqında məlumat vermişdir.

 

Keçidlər