X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Qadınlar günü münasibətilə bayram tədbirləri keçirilmişdir

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Ədliyyə Nazirliyində keçirilmiş tədbirdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov qadınların cəmiyyətdə rolunun artmasına, Azərbaycanda hüquqi dövlət quruculuğunda və ictimai həyatda fəal olmasına geniş imkanlar yaradıldığını bildirmiş, gender siyasəti tələblərinin rəhbər tutulmasına, qadınlarla kişilər arasında bərabər imkanlar yaradılmasına ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin xüsusi önəm verdiyini vurğulamışdır. Bu gün dövlətin və cəmiyyətin idarə edilməsində qadınların iştirakını, eyni zamanda onların yüksək vəzifələr tutduğunu, ədliyyə sistemində 1200, rəhbər vəzifələrdə 100 nəfərə yaxın qadının çalışdığını bildirən nazir, onların ədliyyənin inkişafında rolunu qeyd etmişdir.

Fikrət Məmmədov Nazirliyin tədbirdə iştirak edən bütün qadın əməkdaşlarını təbrik etmiş, onlara can sağlığı, ailə səadəti və işlərində müvəffəqiyyətlər arzulamışdır. Bayram münasibətilə kollektivin qadın əməkdaşlarına hədiyyələr təqdim olunmuşdur.

Həmçinin, 8 mart Qadınlar günü ilə əlaqədar Nazirliyin Penitensiar xidmətində çalışan qadın əməkdaşlarla görüş keçirilmişdir. Tədbirdə çıxış edən ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi Nazim Ələkbərov kollektivin qadın üzvlərini təbik etmiş, çətin və gərəkli fəaliyyətlərində onlara uğurlar arzulamışdır. Bayram münasibətilə Penitensiar Xidmətdə çalışan qadınlara pul mükafatları və qiymətli hədiyyələr təqdim edilmişdir.

Eyni zamanda, qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Olimpiya dünyası qəzetinin birgə təşkilatçılığı ilə xeyriyyə tədbiri keçirilmişdir. Rəsmi hissədən sonra incəsənət nümayəndələri, tanınmış müğənnilər məhkum qadınlar qarşısında geniş və maraqlı konsert proqramı ilə çıxış etmişlər.

Keçidlər