X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

Ədliyyə naziri Fikrət Məmmədov İranın Azərbaycanda səlahiyyət müddəti başa çatan səfiri Əfşar Süleymani ilə görüşmüşdür.

Ölkələrimiz arasında dostluq əlaqələrinin, müxtəlif sahələri əhatə edən münasibətlərin uğurla inkişaf etdiyini bildirən nazir bunun üçün mükəmməl müqavilə bazasının mövcud olduğunu qeyd etmiş, Azərbaycan və İran ədliyyə nazirlərinin qarşılıqlı səfərlərinin və hüquqi əməkdaşlaıq üzrə imzalanmış sənədlərin əhəmiyyətini vurğulamışdır.

Cənab Süleymani qardaş Azərbaycanın iqtisadi və digər sahələrdə böyük uğurlar qazanmasına sevindiyini bildirmiş, hüquqi əməkdaşlığın genişləndirilməsi imkanlarını qeyd edərək, İranın yeni ədliyyə nazirinin salamını və məktubunu çatdırmışdır.

Görüşdə qarşılıqlı hüquqi yardım, məhkumların verilməsi və ekstradisiya haqqında müqavilələrin icrasına dair tədbirlər müzakirə olunmuş, digər konkret məsələlər üzrə səmərəli fikir mübadiləsi aparılmışdır.

Faydalı əməkdaşlığa və səmimi qəbula görə minnətdarlığını bildirən səfir ölkəmizdən ən xoş hisslərlə ayrıldığını vurğulamışdır.

Keçidlər