X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktı 9 min 564 nəfərə tətbiq olunmuşdur

Humanizm və mərhəmət prinsiplərini rəhbər tutaraq Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Novruz bayramı ərəfəsində amnistiya aktı qəbul edilmişdi.

Amnistiya aktının icrasının yekunlarına dair aparılmış ümumiləşdirmə və təhlillər nəticəsində həmin aktın 9 min 564 şəxsə tətbiq olunduğu müəyyən edilmişdir. Onlardan 8 min 604-ü kişi, 960-ı qadın, o cümlədən 23-ü yetkinlik yaşına çatmayan şəxslərdir.

Azadlıqdan məhrumetmə növündə cəza çəkən 2 min 30 və intizam xarakterli hərbi hissədə saxlama cəzasını çəkən 137 şəxs amnistiya nəticəsində azadlığa buraxılmış, 516 şəxsin isə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır.

Bundan əlavə, azadlığın məhdudlaşdırılması növündə cəza çəkən 1600, islah işləri növündə cəza çəkən 2 min 853, ictimai işlər növündə cəza çəkən 198, habelə maddi vəziyyəti ilə əlaqədar olaraq təxminən 670 min manat məbləğində cəriməni ödəyə bilməyən 1.860 məhkum şəxs cəzalardan azad olunmuşdur. Həmçinin şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş 369 məhkum barəsində də amnistiya tətbiq edilmişdir.

Amnistiyanın təsiri altına düşmüş şəxslərin 95 faizi böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər törətməyə görə məhkum olunmuş şəxslərdir. Cəzadan azad olunmuş şəxslərin qalan hissəsi isə ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş və cəzalarının sonuna az müddət qaldığı üçün amnistiya aktı ilə nəzərdə tutulan məhdudiyyətlərin təsiri altına düşməyən şəxslər olmuşdur.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi humanizm siyasəti nəticəsində 1995-ci ildə əfv və amnistiya təsisatları bərpa edildikdən sonra qəbul edilən 9 amnistiya aktı 96 mindən çox şəxsə tətbiq edilmiş, o cümlədən, təxminən 25 min məhkum cəzaçəkmə müəssisələrindən azad olunmuşdur.

Bu mərhəmətli addımın təşəbbüskarı olan Heydər Əliyev Fondu ümidvardır kı, barələrində amnistiya tətbiq edilmiş şəxslər müasir Azərbaycan dövlətinin layiqli vətəndaşı olacaq, qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklər.

Keçidlər