X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə Xətai və Sabunçu rayonlarında tədbirlər keçirilib

Şərəfli tarixi yol keçən Azərbaycan ədliyyəsinin yaranmasından 99 il ötür. Artıq 18 ildir ki, 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü böyük ruh yüksəkliyi ilə qeyd olunur.

Bu münasibətlə Xətai və Sabunçu qeydiyyat şöbələrinin təşkilatçılığı ilə noyabırın 21-də Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatında, 22-də isə Sabunçu Rayon İcra Hakimiyyətində tədbirlər keçirilib.

Yığıncaqlarda Ədliyyə Nazirliyinin əməkdaşları, Xətai və Sabunçu Rayon İcra hakimiyyətlərinin rəhbərliyi, həmin rayonların hüquq-mühafizə orqanlarının məsul işçiləri, rayon ictimaiyyəti, əmək veteranları və gənc hüquqşünaslar iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Azərbaycan dövlətçiliyinin banisi ümummilli lider Heydər Əliyevin xatirəsini yad edərək, büstü önünə gül dəstələri qoyublar.

Çıxış edənlər Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi yaradılmış Ədliyyə Nazirliyinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan məhkəmə-hüquq islahatları çərçivəsində davamlı inkişaf yolu keçdiyini, günbəgün müasirləşdiyini, yeni-yeni uğurlara imza atdığını, eləcə də bu gün nazirliyin ölkəmizdə qanunvericiliyin təkmilləşdirilməsi işində fəal iştirak etdiyini, vətəndaş cəmiyyətinin inkişafına yeni töhfələr verdiyini vurğulayıblar.

Tədbirlərdə Azərbaycan ədliyyəsinin müasir fəaliyyətini və nailiyyətlərini əks etdirən videoçarx nümayiş etdirilib.

Xətai rayonunda keçirilmiş tədbirdə ədliyyə orqanlarında uzun müddət səmərəli fəaliyyət göstərmiş ədliyyə işçisinə Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olunub.

Keçidlər