X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Özbəkistanla hüquqi sahədə əməkdaşlıq genişlənir

Ədliyyə Nazirliyi tərəfindən hüquqi əməkdaşlığın inkişafı çərçivəsində müxtəlif dövlətlərin, o cümlədən Mərkəzi Asiya ölkələrinin Ədliyyə nazirlikləri ilə ikitərəfli sazişlər imzalanaraq səmərəli əməkdaşlıq edilir.

Əlaqələrin genişləndirilməsi, hüquqi, o cümlədən ədliyyə sahəsində aparılan islahatlar və müsbət təcrübə ilə tanış olmaq məqsədilə Özbəkistanın ədliyyə nazirinin müraciətinə əsasən nazirliyin nümayəndə heyəti dekabrın 11-14-də ölkəmizdə səfərdə olub.

Qonaqlar Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə gül dəstələri qoyublar. Həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.

Sonra Özbəkistan nümayəndə heyətinin ədliyyə nazirinin müavini Məhərrəm Əliyev ilə görüşü olub.

Azərbaycan və Özbəkistan arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin qeyd olunduğu görüşdə iki ölkənin Ədliyyə nazirlikləri arasında əlaqələrin inkişafı üçün geniş perspektivlərin olduğu vurğulanıb, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə sistemində aparılan islahatlar və yeniliklər barədə məlumat verilib, qarşılıqlı fəaliyyətə dair faydalı fikir və təcrübə mübadiləsi aparılıb.

Qonaqlar səfər zamanı respublikamızın hərtərəfli tərəqqisinin şahidi olduqlarını bildirib, əlaqələrin genişləndirilməsində, yaxşı praktikaların öyrənilməsində maraqlı olduqlarını söyləyiblər.

Nümayəndə heyəti nazirliyin ayrı-ayrı istiqamətləri üzrə fəaliyyəti, vətəndaş məmnunluğunu təmin edən tədbirlər, o cümlədən ədliyyə orqanları tərəfindən göstərilən elektron xidmətlər, reyestrlər və digər elektron informasiya resursları ilə yaxından tanış olub, təqdimatlar keçirilib. Müxtəlif növ sistemlərin funksiya və imkanlarını, habelə elektron xidmətləri əyani izləyən qonaqlar əldə olunan nailiyyətlərini təqdir edib, müsbət təcrübəmizin ölkəsi üçün faydasını vurğulayıblar.

Səfər çərçivəsində nümayəndə heyəti, həmçinin xüsusi notariatın və qeydiyyat şöbələrinin, eləcə də Azərbaycan brendi olan və ədliyyənin də müvafiq xidmətlər göstərdiyi "ASAN xidmət"in innovativ fəaliyyəti ilə tanış olub, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində görüş keçirilərək "ASAN xidmət" modelinə, "vahid məkan" prinsipi əsasında göstərilən xidmətlərə dair fikir mübadiləsi aparılıb, onun vətəndaşların rahatlığına və məmnunluğuna yönələn, korrupsiya hallarını istisna edən şəffaf fəaliyyəti yüksək qiymətləndirilib.

Qonaqlar ölkəmizin tarixi və mədəni abidələri, o cümlədən Bakının müasir rəmzlərindən sayılan möhtəşəm Heydər Əliyev Mərkəzi ilə də tanış olublar.

Keçidlər