X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev
Bölmələr

8 mart - Qadınlar günü ədliyyə orqanlarında qeyd olunub

Ədliyyə Nazirliyində 8 mart - Qadınlar günü münasibətilə tədbir keçirilib.

Çıxış edən ədliyyə nazirinin müavini Toğrul Musayev əlamətdar gün münasibətilə nazirliyin rəhbərliyi adından qadın əməkdaşları təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və ailə səadəti arzulayıb.

Nazir müavini ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş dövlət qadın siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsini vurğulayıb, qadınların ictimai-siyasi həyatın bütün sahələrində, o cümlədən dövlət idarəçiliyində fəal iştirakını qeyd edib.

Bildirilib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin hərtərəfli tərəqqisinə dəstək olan mühüm fəaliyyəti, çoxsaylı sosial layihələrin reallaşdırılmasında xidmətləri, nəcib, xeyirxah əməlləri hər kəsə örnəkdir.

Yığıncaqda ədliyyə sistemində qadınların sayının ilbəil artması, o cümlədən rəhbər vəzifələrdə geniş təmsil olunması qeyd olunaraq bu ərəfədə qulluğa qəbul olunmuş hüquqşünasların 42 faizinin məhz qadınlar təşkil etdiyi bildirilib.

Həmçinin, ədliyyə orqanlarında qadınların səmərəli fəaliyyəti, Azərbaycan ədliyyəsinin inkişafında dəyərli töhfələri qeyd olunub, hədiyyələr təqdim edilib.

Bayram münasibətilə nazirliyin struktur qurumlarında da tədbirlər keçirilib.

Keçidlər