X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ədliyyə sisteminin müasirləşdirilməsi layihəsi

Kredit Nömrəsi 4209 AZ

Tenderdə İştiraka Dəvət (TİD)

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasının tikintisi

BMH N 2.14-CW/ICB-07

 

1. Tenderdə İştiraka Dəvət 21 may 2007-ci il tarixdə "DG-market onlayn" jurnalında bu layihə ilə əlaqədar olaraq çap olunmuş Ümumi Satınalmalara dair Bildirişin davamıdır.

2. Azərbaycan Respublikası Hökuməti Beynəlxalq İnkişaf Assosiasiyasından "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq kredit almış və kredit vəsaitlərinin bir hissəsinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasının tikintisinə xərclənməsi nəzərdə tutulur.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasının tikintisi məqsədilə iştirakçıları təkliflərini möhürlənmiş zərflərdə təqdim etməyə dəvət edir.

4. Tender Dünya Bankının təlimatlarına (BYİB və BİA Kreditlərinə dair Satınalma hissəsində göstərilmiş Beynəlxalq Müsabiqə Hərracı (BMH) qaydalarına (may 2004-cü və oktyabr 2006-cı illər) uyğun aparılacaqdır və təlimatlarda göstərildiyi kimi tenderdə iştirak hüququna malik ölkələrdən olan bütün iştirakçılar üçün açıqdır.

5. İştirakçılar yazılı ərizə təqdim etməklə və aşağıdakı bank hesabına 250 AZN məbləğində və ya ona bərabər olan digər sərbəst dönərli valyutada geri qaytarılmayan tenderdə iştirak haqqını ödəməklə Tender Sərtlər Toplusunu ingilis dilində aşağıdakı ünvanda (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsinin İcra Qrupu, AZ1073, İnşaatçılar prospekti, 1, 5-ci mərtəbə, otaq 505 Bakı, Azərbaycan, tel: (994-12) 510 85 60, faks: (994-12) 510 76 72, elektron ünvan: office_jmp@justice.gov.az, jmpofficeaze@yahoo.com) əldə edə bilərlər.

 

Benefisiarın adı: "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsi 

Azərbaycan Beynəlxalq Bankı

Kod: 805045

VÖEN: 9900001881

S.W.I.F.T: IBAZAZ2X

Müxbir hesab: 0137010002944

Hesab nömrəsi: 33318018409330334120

VÖEN: 1300286111

 

Tender sənədləri kuryer xidməti və ya elektron poçt vasitəsilə göndərilə bilər.

6. Tender təklifləri yuxarıda göstərilən ünvana 09 dekabr 2009-cu il tarixdə Bakı vaxtı ilə saat 15.00-dək çatdırılmalıdır. Gec təqdim olunmuş və elektron tender təklifləri qəbul edilmir.

7.Tender təklifləri Tender Komissiyasının üzvlərinin və tender prosedurunda  iştirak etmək arzusunda olan iştirakçılar və (və ya) onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə göstərilən ünvanda 09 dekabr 2009-cu il tarixdə Bakı vaxtı ilə saat 15:01-də açılacaqdır.

8. Tender təklifləri 180,000 (yüz səksən  min) AZN  məbləğində və ya bu məbləğə bərabər olan digər sərbəst dönərli valyutada Bank zəmanəti ilə təmin olunmalıdır. İştirakçılar əlavə məlumatları iş günləri 10.00-dan 18.00-dək yuxarıda qeyd olunan ünvanlardan əldə edə bilərlər.

Keçidlər