X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Tərbiyə müəssisəsində tədbir keçirilmişdir

Ölkə Prezidenti cənab İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli Sərəncamına əsasən 2009-cu ilin ölkəmizdə Uşaq ili elan olunması ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində 20 oktyabr – 20 noyabr tarixlərində «Uşaqları dinləyək, onların iştirakını təmin edək» devizi ilə Uşaq hüquqları aylığı keçirilir.

Bu aylıq çərçivəsində noyabrın 6-da Ədliyyə Nazirliyi Penitensiar xidmətin Tərbiyə müəssisəsində İctimai Komitə tərəfindən tədbir keçirilmişdir.

Tədbirdə respublikamızda penitensiar sistemin müasirləşdirilməsi üzrə həyata keçirilən uğurlu islahatlar çərçivəsində yetkinlik yaşına çatmayan məhkumların hüquqlarının qorunması, onların saxlanma şəraitinin, ərzaq, tibb və digər təminatlarının yaxşılaşdırılması, ictimai faydalı əməyə cəlb olunması, asudə vaxtlarının səmərəli təşkili, hüquqi yardımın göstərilməsi, maarifləndirilmə tədbirlərinin keçirilməsi üzrə işlər vurğulanmış, yeniyetmə məhkumların problemlərinin xüsusi diqqət mərkəzində olduğu,qeyri-hökumət təşkilatları ilə səmərəli əməkdaşlıq həyata keçirildiyi qeyd olunmuşdur.

Azyaşlı məhkumlarla keçirilən görüş zamanı onlarla aktual məsələrlərə dair, o cümlədən QİÇS və narkomanlığa qarşı mübarizə barədə mühazirələr oxunmuş, viktorinalar keçirilmiş, İctimai Komitənin üzvləri tərəfindən tərbiyə olunanlara hədiyyələr, Bakı Elektronik Şirkətindən televizor təqdim edilmişdir.

Ədliyyə Nazirliyinin və Penitensiar xidmətin məsul əməkdaşlarının, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdikləri tədbir konsert proqramı ilə başa çatmışdır.

Keçidlər