X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Norveç Krallığı Ədliyyə Nazirliyinin Baş katibi Morten Ruudun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Ölkələrimiz arasında hüquqi əlaqələrin dinamik inkişaf etdiyini bildirən nazir, iyun ayında Norveçdə təşkil olunmuş Avropa ədliyyə nazirlərinin konfransı çərçivəsində səmərəli ikitərəfli görüşlərin keçirildiyini, əməkdaşlığa dair aparılmış faydalı danışıqlar nəticəsində hazırkı səfərin gerçəkləşdirildiyini qeyd etmiş, Norveçli həmkarının yenidən vəzifəyə təyin olunması münasibətilə təbrik etmişdir.

Görüş zamanı Azərbaycanda məhkəmə və ədliyyə sisteminin inkişafı üzrə görülən genişmiqyaslı işlərdən danışılmış, bu sahədə xarici dövlətlərlə əməkdaşlığın əhəmiyyəti vurğulanaraq hakimliyə namizədlərin tədrisində norveçli ekspertlərin yaxından iştirakı təqdir edilmişdir.

Norveçin Azərbaycanla hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi önəm verdiyini bildirən qonaq, ölkəmizdə aparılan hüquqi islahatların dairəsindən və həcmindən heyran olduğunu bildirərək, beynəlxalq təşkilatların bu nailiyyətlərin yüksək qiymətləndirildiyini qeyd etmişdir.

Görüşdə əməkdaşlığın inkişafına dair geniş perspektivlərin olduğu qeyd olunaraq, Ədliyyə Akademiyasının potensialının gücləndirilməsi, hakimlərin və hakimliyə namizədlərin treninqi, o cümlədən Norveçə tədris səfərinin təşkili, habelə məhkəmə qərarlarının icrası və digər maraq kəsb edən məsələlər müzakirə edilmişdir.

Qonaqlar, həmçinin Ali Məhkəmənin fəaliyyəti, yeni möhtəşəm və müasir binası ilə tanış olmuşlar.

Keçidlər