X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

Ədliyyə Nazirliyinin İxtisas Komissiyası notariat fəaliyyəti ilə peşəkarcasına məşğul olmaq məqsədilə şəhadətnamə almaq üçün keçirilmiş test imtahanında, müsahibədə müvəffəqiyyət qazanmış, həmçinin təcrübədən azad olunmuş namizədlərlə peşə hazırlığına dair müsahibəni cari ilin dekabr ayının 10-dan başlanılmasını qərara almışdır.

Nazirliyin Qeydiyyat və notariat baş idarəsinin inzibati binasında (Bakı şəhəri, Azadlıq prospekti, 72) keçiriləcək peşə hazırlığına dair müsahibəyə dəvət edilən hər bir namizədə müsahibənin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcəkdir.

Müsahibəyə gələnlər özləri ilə şəxsiyyət vəsiqələrini gətirməlidirlər.

Keçidlər