X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

AQO Monitorinq Qrupu ilə Ədliyyə Nazirliyində görüş

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov ölkəmizdə səfərdə olan Avropa Şurası Nazirlər Komitəsinin AQO Monitorinq qrupunun üzvləri ilə görüşmüşdür.

Azərbaycanda ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən işlərdən danışan nazir Ədliyyə Akademiyasının fəaliyyəti, hakim və hakimliyə namizədlərin treninqi, o cümlədən onların Avropa ölkələrinə tədris səfərlərinin təşkili, habelə müasir məhkəmə və penitensiar infrastrukturlarının yaradılması, həyata keçirilən digər tədbirlər barədə geniş məlumat vermişdir.

Ölkəmizdə həyata keçirilən hərtərəfli islahatlarda ədliyyənin əhəmiyyətli rol oynadığını vurğulayan qonaqlar məhkəmə və ədliyyə sahəsində görülən məqsədyönlü tədbirlərin müsbət nəticələrinin şahidi olduqlarını, xüsusilə qabaqcıl standartlara uyğun inşa olunmuş Bakı istintaq təcridxanası ilə tanışlıqdan, məhkumlar üçün yaradılmış saxlanma şəraitindən heyran qaldıqlarını, məhbuslarla görüşmək imkanının yaradılmasına görə təşəkkürlərini bildirmişlər.

Görüşdə Məhkəmə-Hüquq Şurasının fəaliyyəti, inzibati ədliyyənin təşkili, alternativ cəzaların tətbiqi, məhkumların hüquqlarının təmin olunması, korrupsiya ilə mübarizə təcrübəsi və digər məsələlərə dair faydalı fikir mübadiləsi aparılaraq, qonaqları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Nümayəndə heyətinin üzvləri səmərəli əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinə və ölkəmizdə bu islahatlara hər cür dəstək göstərilməsinə hazır olduqlarını bildirmişlər.

Keçidlər