X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Bölgələrdə hüquq institutları inkişaf edir

Gəncə regional ədliyyə şöbəsi

Azərbaycan ədliyyəsinin inkişafı üzrə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş Dövlət Proqramının icrası daim diqqət mərkəzində saxlanılaraq ədliyyə fəaliyyətinin təkmilləşdirilməsi və infrastrukturunun möhkəmləndirilməsi üzrə ardıcıl tədbirlər görülür.

Bu günlərdə Gəncə və Şirvan şəhərlərində regional ədliyyə şöbələri üçün yeni tikilmiş müasir inzibati binaların açılışı olmuşdur. Tədbirlərdə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov, şəhər icra hakimiyyətinin başçıları, hüquq-mühafizə orqanlarının rəhbərləri, hakimlər, ədliyyə işçiləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.

Mərasimdən əvvəl ümummilli liderimiz Heydər Əliyevin abidəsi ziyarət edilmiş, onun xatirəsi dərin ehtiramla yad olunmuşdur.

Tədbirlərdə çıxış edən ədliyyə naziri dövlət başçısının rəhbərliyi ilə son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafı, müasir ədliyyə infrastrukturunun yaradılması üzrə görülən genişmiqyaslı

Şirvan regional
ədliyyə şöbəsi

tədbirlərdən danışmış, o cümlədən bölgələrdə regional ədliyyə şöbələri üçün yeni binaların istifadəyə verilməsinin ədliyyəorqanlarının təkmilləşdirilməsinə, əhaliyə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə, yerli hüquqşünasların işlə təmin olunmasına, vətəndaşların ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasına xidmət etdiyini vurğulamışdır.

Sonra şöbələrdə əməkdaşlar və vətəndaşların qəbulu üçün yaradılmış yüksək iş şəraiti ilə tanış olunmuş, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi məmnunluqla qeyd edilmişdir.

Səfər çərçivəsində yerli məhkəmə və ədliyyə orqanlarına baş çəkilmiş, mövcud iş şəraiti və problemlərlə tanış olunmuş, Gəncə və Şirvan apellyasiya və birinci instansiya məhkəmələrinin hakimləri ilə müşavirələr keçirilmişdir.Tədbirlər zamanı ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o cümlədən insan hüquqlarının məhdudlaşdırılması ilə bağlı təhqiqat və istintaq orqanlarının qərarlarına səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi, inzibati ədliyyənin formalaşdırılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlar verilmişdir. Həmçinin, bölgələrdə məhkəmə komplekslərin inşası üçün ayrılmış torpaq sahələrinə baxış keçirilmişdir.

Səfər zamanı Samux rayon məhkəməsi və rayonun ədliyyə orqanlarının fəaliyyəti ilə tanış olunmuş, mövcud problemlərlə maraqlanılaraq zəruri göstərişlər verilmişdir.

 
Gəncə Apellyasiya Məhkəməsində
Şirvan Apellyasiya Məhkəməsində Şirvan Yerli
İqtisad Məhkəməsində

Keçidlər