X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər davam etdirilir

Dekabrın 30-da Qəbələ rayonunda qeydiyyat şöbəsi və dövlət notariat kontoru üçün yeni inşa olunmuş inzibati bina istifadəyə verilmişdir.

Bu münasibətlə keçirilən tədbirdə respublikamızın ədliyyə naziri Fikrət Məmmədov, rayon icra hakimiyyətinin başçısı, hüquq-mühafizə və digər orqanların rəhbərləri, hakimlər, ədliyyə işçiləri, bələdiyyə üzvləri və KİV nümayədələri iştirak etmişlər.

Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən genişmiqyaslı işlərdən danışan nazir bölgələrdə ədliyyə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, vətəndaşların ədliyyə sahəsinə aid müraciətlərinə həssaslıqla və operativ qaydada baxılması, bu sahədə müasir infrastrukturun yaradılması üzrə həyata keçirilən tədbirləri vurğulamışdır.

Qəbələ rayon sakinlərinə əlverişli şəraitin yaradılması və müvafiq qeydiyyatın və notariat hərəkətlərinin səmərəli aparılması məqsədilə yeni inşa olunmuş binanın əhaliyə göstərilən hüquqi yardımın keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edəcəyi qeyd edilmişdir.

 

Keçidlər