X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Bələdiyyələrin fəaliyyəti təkmilləşir

Ölkəmizdə bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından istifadənin səmərəsinin yüksəldilməsinə və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilərək, 1651 bələdiyyənin birləşməsi nəticəsində 614 yeni bələdiyyə yaradılmışdır. Respublikamızda fəaliyyət göstərən 1718 bələdiyyə üzrə ötən ilin dekabrında azad, demokratik və şəffaf şəraitdə bələdiyyə seçkiləri keçirilərək 15.591 nəfər bələdiyyə üzvü seçilmişdir.

Birləşən bələdiyyələrə məxsus mülkiyyət, maliyyə və başqa məsələlərin həlli məqsədilə müvafiq komissiyaların yaradılması nəzərdə tutulmuş və həmin komissiyalara rəhbərliyin həyata keçirilməsi, onların fərdi tərkibinin təsdiq olunması, bu sahədə işin təşkili, hüquqi və metodoloji yardımın göstərilməsi və digər məsələlər Ədliyyə Nazirliyinə həvalə olunmuşdur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı əsasında yaradılmış komissiyaların sədrləri ilə Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində müşavirə keçirilmişdir.

Ədliyyə nazirinin müavini Vilayət Zahirov tədbirdə çıxış edərək, bələdiyyələrin birləşməsi zamanı yaranan məsələlərin həlli ilə bağlı komissiyaların qarşısında duran vəzifələrdən danışmış, bu sahədə işin səmərəliliyinin artırılması, aşkar olunan qanun pozuntuları, o cümlədən bələdiyyələrin vəsaitlərinin istifadə olunması, bələdiyyə əmlakına sahiblik, istifadə və sərəncam verilməsi sahəsində korrupsiya hüquqpozmaları üzrə zəruri tədbirləri vurğulamış, mülkiyyət ilə bağlı tərtib edilən aktların və qəbul edilən qərarların dürüstlüyünə diqqət yetirilməsinin vacibliyini qeyd etmiş, müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.

Müşavirədə komissiyaların fəaliyyətinin təmin edilməsi ilə bağlı izahlar, digər hüquqi, metodiki tövsiyələr barədə məlumat verilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi Bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimovun iştirak etdiyi tədbirdə bir sıra məsələlər ətrafında geniş müzakirələr aparılmış, komissiya sədrlərini maraqlandıran suallara aydınlıq gətirilmişdir.

Keçidlər