X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Braziliya ölkəmizlə hüquqi əməkdaşlığa böyük maraq göstərir

Braziliya Federativ Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Paulo Antonio Pereira Pinto aprelin 5-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Görüşdə dövlətlərimiz arasında dostluq münasibətlərinin inkişaf etdiyi bildirilərək, hüquqi sahədə əməkdaşlığın möhkəmləndirilməsinə maraq göstərilmiş, bu əlaqələrin genişləndirilməsi üçün perspektivlərin olduğu vurğulanmış və konkret təkliflər irəli sürülmüşdür.

Eyni zamanda, BMT-nin beş ildən bir təşkil olunan Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə 12-ci Konqresinin aprel ayının ortasında Braziliyanın Salvador şəhərində keçiriləcəyi, tədbirdə transmilli cinayətkarlıqla mübarizədə beynəlxalq əməkdaşlıq, narkotiklərin dövriyyəsinə, insan alverinə, çirkli pulların yuyulmasına qarşı tədbirlər və bu kimi digər mühüm məsələlərin müzakirə olunacağı qeyd edilmiş, ölkəmizin bu mötəbər forumda iştirakı ilə bağlı məsələlərə toxunulmuşdur.

Həmçinin, Azərbaycan ədliyyə nazirinin vitse-prezidenti olduğu Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası İcraiyyə Komitəsinin iclasının məhz Salvadorda Konqres ərəfəsində keçiriləcəyi bildirilmişdir.

Tədbirdən sonra qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Keçidlər