X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sisteminin müasirləşdirilməsi sitemi (Kredit 4209AZ)

Ədliyyə və məhkəmə sistemində aparılan islahatlara əhalinin münasibətini müəyyən etmək məqsədilə bazis tipli ilkin sorğunun aparılması

Maraqların İfadəsi üzrə Bildiriş-4.7-CS-05

Maraqların İfadəsi üzrə Bildiriş 21 may 2007-ci il tarixində DG-market onlayn jurnalında bu layihə ilə əlaqədar olaraq dərc edilmiş Ümumi Satınalmalar üzrə Bildirişin davamıdır.

Azərbaycan Respublikası Hökuməti Beynəlxalq İnkişaf Assosiasiyasından "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq kredit almış və həmin kredit vəsaitlərinin bir hissəsinin Ədliyyə və məhkəmə sistemində aparılan islahatlara əhalinin münasibətini müəyyən etmək məqsədilə bazis tipli ilkin sorğunun aparılması nəzərdə tutulur.

Xidmətlərə aşağıdakılar daxildir:

 i) ictimaiyyətin, məhkəmə istifadəçilərinin, ekspertlərin fikirləri və düşüncələrini qiymətləndirmək: (i) ədliyyə və məhkəmə sisteminin fəaliyyəti, xüsusilə onun səmərəliliyi (qərarlarının qəbul etmə sürəti, ədalətlilik, məhkəmə qərarlarının icrası və s.), şəffaflıq, ədliyyə və məhkəmə işçilərinin peşəkarlıq səviyyəsi; və (ii) ədliyyə  sistemində aparılan cari islahatlar və əldə olunmuş nailiyyətlər.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məsləhətçiləri müsabiqədə iştirak edərək imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən məsləhətçilər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatlar (broşurlar, oxşar tapşırıqların təsviri, oxşar fəaliyyətlərdə təcrübə, işçi heyətinin müvafiq bacarıqlara malik olması və s.) təqdim etməlidirlər. Tapşırığın ehtimal olunan müddəti 120 günə qədərdir.

Məsləhətçi şirkət aşağıdakı ixtisas tələblərinə cavab verməlidir:

  • Müqavilənin icrası müddətində Bakı şəhərində və regionlarda sorğunu aparmaq üçün lazımi sayda (intervyuerlər\moderatorlar\nəzarətçilər) işçi heyətinə malik olan məsləhətçi şirkət və ya Qeyri-Hökumət Təşkilatı (QHT);
  • Məsləhətçi şirkət Azərbaycanda ictimai rəy sorğularının aparılması sahəsində ən azı 3 il təcrübəyə malik olmalı, tələb olunan coğrafi ərazini əhatə edə bilməli və 2000 və ya daha artıq respondentlərin iştirakı ilə kəmiyyət sorğularının aparılmasında təcrübəyə malik olmalıdır (beynəlxalq təşkilatların maliyyələşdirdiyi layihələrdə iş təcrübəsinə malik olanlara üstünlük verilir);
  • Sorğu metodologiyasının hazırlanması və təsadüfi seçmənin aparılmasına cavabdeh olan Nümunələrin seçilməsi üzrə mütəxəssisə malik olmalıdır;
  • Məsləhətçi şirkətin işçi heyəti sorğu anketlərindən elektron məlumat bazasına məlumatın kodlaşdırılması, daxil edilməsi və emalı sahəsində təcrübəyə və azı bir məsləhətçinin SPSS, STATA və ya digər oxşar statistik proqram təminatı ilə iş bacarığına malik olmalıdır;
  • Məhkəmə və ədliyyə sisteminin fəaliyyəti haqqında biliklərə malik mütəxəssisin işçi qrupda iştirakı tövsiyə edilir.

Məsləhətçi şirkət Dünya Bankının təlimatlarında: (Dünya Bankından kreditalanlar tərəfindən məsləhətçilərin seçimi və işə qəbuluna dair) göstərilən qaydalarda Məsləhətçilərin ixtisası satınalma üsuluna uyğun olaraq seçiləcəkdir.

İştirakçılar məlumatları 2010-cu il aprel ayının 25-i saat 18:00-dək aşağıda göstərilən ünvanlara (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, "Ədliyyə Sisteminin Müasir-ləşdirilməsi" Layihəsi, AZ1073, İnşaatçılar prospekti, 1, Bakı, Azərbaycan, tel: +99412 510 85 60, faks: +99412 510 76 72; elektron poçt ünvanı: office_jmp@justice.gov.az; jmpofficeaze@yahoo.com) göndərə bilərlər.

 

 

Keçidlər