X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənədlərin qəbulu may ayının 8-dək davam edəcəkdir

Müsabiqə Komissiyası bildirir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı bu ilin əvvəlindən həyata keçirilən sənəd qəbulu may ayının 8-dək davam edəcəkdir.

Namizədlər onlara kömək məqsədilə hazırlanmış "Yaddaş kitabçası"nı may ayının 11-dən etibarən bütün iş günləri saat 9-dan 18-dək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) şəxsiyyət vəsiqələrini təqdim etməklə götürə bilərlər. Qulluğa qəbulla əlaqədar keçiriləcək test imtahanının vaxtı və yeri, həmçinin, "İmtahana buraxılış vərəqəsi"nin təqdim edilməsi barədə əvvəlcədən məlumat veriləcəkdir.

Əlavə məlumat almaq üçün 430-01-18, 430-11-05 nömrəli telefonlarla müraciət etmək olar.

Keçidlər