X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində dövlət başçısının tapşırıqlarından irəli gələn vəzifələr müzakirə olunmuşdur

Kür çayında suyun səviyyəsinin qalxması ilə bağlı ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə kompleks tədbirlərin görülməsinə dair ciddi tapşırıqlar verilmiş, mühafizə zonalarında yerləşən torpaqların qanunsuz ayrılması və orada tikililərin inşasının insanların həyatına təhlükə yaratması xüsusi vurğulanmışdır.

Bununla əlaqədar, Ədliyyə Nazirliyində aidiyyəti struktur qurumlarının əməkdaşlarının iştirakı ilə müşavirə keçirilmişdir.

Müşavirədə çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov torpaq qanunvericiliyinin tələblərinin dönmədən əməl edilməsinin, qanun pozuntularına qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini vurğulamış, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, inzibati nəzarətin səmərəliliyinin artırılması üzrə görülmüş işləri təhlil edərək bildirmişdir ki, torpaqların idarə olunması ilə bağlı qanunsuz sərəncamların verilməsi, xüsusi mühafizə zolaqlarında vətəndaşlara torpaq sahələrinin ayrılması və digər ciddi hüquqpozmalarının aradan qaldırılması üzrə daha təsirli tədbirlər görülməlidir.

Qeyd olunmuşdur ki, torpaq sahəsinin qanunsuz satılmasının qarşısının alınması məqsədilə son illər 15.500 hektara yaxın torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılmış, qanuna zidd torpaqayırma qərarlarının ləğv edilməsi üçün məhkəmələrdə 500-ə yaxın iddia qaldırılmış, bununla bağlı ayrı-ayrı bələdiyyələrə 2000-ə yaxın xəbərdarlıq məktubları göndərilmiş, 100-dən artıq bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları ilə bağlı cinayət xarakterli faktlar aşkar edilərək materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir.

Eyni zamanda, qanunsuz verilmiş torpaq sahələri, mühafizə zonalarında, xüsusilə neft-qaz buruqlarına yaxın ərazilərdə, yüksək gərginlikli xətlərin altında qeyri-qanuni tikililərlə bağlı məhkəmələr tərəfindən çoxsaylı işlərə baxıldığı və bununla əlaqədar icra sənədlərinin artdığı qeyd edilmiş, dövlətin və vətəndaşların qanuni mənafelərinin qorunması, torpaq sahələri və tikililərlə bağlı verilən ekspertiza rəylərinin obyektivliyinin və mötəbərliyinin təmin edilməsinin vacibliyi vurğulanmışdır.

İclasda dövlət başçısının tapşırıqlarının ədliyyə orqanları tərəfindən icrasına dair tədbirlər müəyyən olunaraq müvafiq göstərişlər verilmişdir.

Keçidlər