X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

E L A N

Məlum olduğu kimi, məhkumların islah edilməsində və penitensiar müəssisələrin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində ictimaiyyətin iştirakının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin 25 aprel 2006-cı il tarixli 4-T nömrəli Əmri ilə təsdiq edilərək dövlət qeydiyyatına alınmış Qaydalara əsasən İctimai Komitə yaradılmış və fəaliyyətə başlamışdır.

İctimai Komitənin ikinci tərkibinin bir illik səlahiyyət müddətinin bu il oktyabrın 31-də başa catması ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının Qərarı ilə tərkibi aidiyyəti dövlət, habelə qeyri-hökumət təşkilatlarının nüfuzlu nümayəndələrindən, ictimai xadimlərdən ibarət olan Seçki Komissiyası tərəfindən müvafiq Qaydalara uyğun olaraq İctimai Komitə üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi və təhlillərin aparılması həyata keçirilərək Komitənin yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.

Bununla əlaqədar bu il sentyabrın 11-də ölkə ictimaiyyəti və mediya nümayəndələrinin, xarici ölkələrin və beynəlxalq təşkilatların təmsilçilərinin iştirakı ilə İctimai Komitə üzvlərinin Seçki Komissiyası ilə hesabat görüşü keçirilmiş və kütləvi informasiya vasitələrində geniş işıqlandırılmışdır.

Yuxarıda qeyd olunan sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin nəzərinə çatdırılır ki, İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyənlərin öz proqram və təklifləri ilə respublika Ədliyyə Nazirliyinə - Seçki Komissiyasına cari il oktyabrın 25-nə dək müraciət edə bilərlər. Müraciətə həmçinin, namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.

Keçidlər