X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsi (Kredit 4209AZ)

Hədəf qruplarının (məcburi köçkünlər, qadınlar, milli azlıqlar, aşağı gəlirli ailələr, kiçik sahibkarlar) və ictimaiyyətin hüquqi informasiya ehtiyaclarının müəyyənləşdirilməsi və ehtiyacların təmin edilməsi üzrə strategiyanın hazırlanması

 Maraqların İfadəsi üzrə Bildiriş-4.5-CS-03

Maraqların İfadəsi üzrə Bildiriş 21 may 2007-ci il tarixində DG-market onlayn jurnalında bu layihə ilə əlaqədar olaraq dərc edilmiş Ümumi Satınalmalar üzrə Bildirişin davamıdır.

Azərbaycan Respublikası Hökuməti Beynəlxalq İnkişaf Assosiasiyasından "Ədliyyə Sisteminin Müasirləşdirilməsi" Layihəsinin maliyyələşdirilməsi ilə əlaqədar olaraq kredit almış və həmin kredit vəsaitlərinin bir hissəsinin hədəf qruplarının (məcburi köçkünlər, qadınlar, milli azlıqlar, aşağı gəlirli ailələr, kiçik sahibkarlıq) və ictimaiyyətin hüquqi informasiya ehtiyaclarının müəyyənləşdirilməsi və təmin edilməsi üzrə strategiyanın hazırlanmasına istifadəsi nəzərdə tutulur.

Xidmətlərə aşağıdakılar daxildir:

i) Azərbaycanda ən azı 50.000 vətəndaş arasında sorğu keçirmək və onların hüquqi informasiya ehtiyaclarının müəyyənləşdirilməsi və təmin edilməsi üzrə strategiyanı hazırlamaq;

ii)Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabatlar ilə tanış olmaq;

iii)Sorğu nəticələrinin təhlil və qiymətləndirilməsini aparmaq;

iv)Qiymətləndirmə əsasında əhalinin hüquqi maariflənməsinin təmin edilməsi məqsədilə hüquq sahələrini müəyyən etmək.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məsləhətçi şirkətləri müsabiqədə iştirak edərək imkanlarını nümayiş etdirməyə dəvət edir. Maraq göstərən şirkətlər xidmətlərin göstərilməsi baxımından səriştəli olduqlarını sübut edən məlumatları (broşurlar, oxşar tapşırıqların təsviri, oxşar fəaliyyətlərdə təcrübə, işçi heyətinin müvafiq bacarıqlara malik olması və s.) təqdim etməlidirlər. Tapşırığın ehtimal olunan müddəti 120 günə qədərdir.

Məsləhətçi şirkət aşağıdakı ixtisas tələblərinə cavab verməlidir:

  • Müqavilənin icrası müddətində Bakı şəhərində və regionlarda sorğunu aparmaq üçün lazımi sayda (sorğu aparanlar, hüquqşünas, sosioloq və s.) işçi heyətinə malik olan məsləhətçi şirkət və ya dövlət qeydiyyatından keçmiş Qeyri-Hökumət Təşkilatı (QHT);
  • Məsləhətçi şirkət oxşar tapşırıqların həyata keçirilməsi sahəsində ən azı 3 il təcrübəyə malik olmalı, tələb olunan coğrafi ərazini əhatə edə bilməli və 50.000 və ya daha artıq respondentlərin iştirakı ilə kəmiyyət sorğularının aparılması təcrübəsinə malik olmalıdır (beynəlxalq təşkilatların maliyyələşdirdiyi layihələrdə iş təcrübəsinə malik olanlara üstünlük verilir);
  • Məsləhətçi şirkətin işçi heyəti sorğu anketlərindən elektron məlumat bazasına məlumatın kodlaşdırılması, daxil edilməsi və emalı sahəsində təcrübəyə və azı bir məsləhətçinin SPSS, STATA və ya digər oxşar statistik proqram təminatı ilə iş bacarığına malik olmalıdır;
  • Azərbaycanda məhkəmə və ədliyyə sisteminin fəaliyyəti ilə yaxından tanış olan, sorğu nəticələrini təhlil və qiymətləndirilməsini aparmaq və müvafiq tövsiyələri hazırlamaq bacarığına malik olan hüquqşünasların şirkətin işçi heyətinə daxil olmalıdır;
  • İctimai rəy sorğuların və təfərrüatlı ekspert müsabiqələrinin aparılması, sorğu metodologiyasının hazırlanması və sorğu anketlərin təhlilinin aparılması sahəsində müvafiq təcrübəyə malik olan sosioloqlar məsləhətçi şirkətin işçi heyətinə daxil olmalıdır.

 

Məsləhətçi şirkət Dünya Bankının təlimatlarında: (Dünya Bankından kreditalanlar tərəfindən məsləhətçilərin seçimi və işə qəbuluna dair) göstərilən qaydalarda Məsləhətçilərin ixtisası satınalma üsuluna uyğun olaraq seçiləcəkdir.

İştirakçılar məlumatları 2010-cu il iyun ayının 18-i saat 18:00-dək aşağıda göstərilən ünvanlara (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, "Ədliyyə Sisteminin Müasir-ləşdirilməsi" Layihəsi, AZ1073, İnşaatçılar prospekti, 1, Bakı, Azərbaycan, tel: +99412 510 85 60, faks: +99412 510 76 72; elektron poçt ünvanı: office_jmp@justice.gov.az; jmpofficeaze@yahoo.com) göndərə bilərlər.

Keçidlər