X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan- Fransa: hüquqi sahədə əlaqələr genişlənir

Fransa Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Qabriel Keller iyunun 18-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovla görüşmüşdür.

Dövlətlərimiz arasında hərtərəfli, o cümlədən hüquqi sahədə əlaqələrin dinamik inkişafını vurğulayan nazir Azərbaycanda ədliyyə və məhkəmə fəaliyyətinin müasirləşdirilməsi üzrə islahatlar, hakimlərin seçilməsi və tədrisi barədə məlumat vermiş, bu sahədə qabaqcıl xarici dövlətlərin təcrübəsindən istifadə olunduğunu, 2004-cü ildə iki ölkənin Ədliyyə nazirlikləri arasında əməkdaşlıq haqqında Sazişin imzalanmasını qeyd etmiş, ədliyyə fəaliyyətinin müxtəlif sahələri üzrə əməkdaşlığın yeni prioritetlərinin müəyyən olunmasının vacibliyini bildirmişdir.

Səfir ölkələrimiz arasında hüquqi sahədə əməkdaşlığın, o cümlədən ədliyyə orqanları arasında əlaqələrin dərinləşdirilməsi üçün geniş imkanların olduğunu vurğulamış, yeni yaradılmış Ədliyyə Akademiyasının fəaliyyətinə xüsusi önəm verərək, bu sahədə Fransa Milli Hakimlər Məktəbi ilə qarşılıqlı münasibətlərin və təcrübə mübadiləsinin hər iki tərəf üçün əhəmiyyətini qeyd etmişdir.

Görüşdə məhkəmə qərarlarının icrası, Avropa Məhkəməsinin presedent hüququnun öyrənilməsi, xüsusi notariusların fəaliyyətinin və inzibati ədliyyənin təşkilinə dair səmərəli fikir mübadiləsi aparılmış, konkret məsələlər üzrə razılıq əldə edilmişdir.

Keçidlər