X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə işçiləri Quba məzarlığını ziyarət etmişlər

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmiş, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş tarixi faktlar açılmışdır. Xalqımıza qarşı dəfələrlə törədilmiş azərbaycanlıların soyqırımı tariximizin qanlı səhifələrindən birini təşkil edir.

Ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət aldıqdan sonra erməni millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı siyasəti barədə beynəlxalq ictimaiyyətə çatdırılması üçün ardıcıl və məqsədyönlü işlər aparılmışdır.

Qubada aşkar edilmiş kütləvi insan məzarlığı erməni terrorçularının xalqımıza qarşı törətdikləri qanlı faciənin bariz nümunəsidir.

Bununla əlaqədar ölkə Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Qubada «Soyqırımı memorial kompleksi»nin yaradılması nəzərdə tutulmuşdur.

Azərbaycan tarixinin qanlı səhifəsi olan soyqırım faktları Ədliyyə Nazirliyində daim diqqət mərkəzində saxlanılaraq, nazirliyin Kollegiya qərarı ilə bu tarixi gerçəkliyin heç zaman unudulmaması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılması üzrə zəruri tədbirlər müəyyən olunmuş, Azərbaycan ədliyyəsinin tarixi Muzeyində həmin hadisələrə həsr olunmuş xüsusi bölmə yaradılmış, Ədliyyə Akademiyasının tədris proqramına müvafiq mövzular daxil edilmiş, nazirliyin mətbu nəşrlərinin və internet saytının imkanlarından səmərəli istifadə olunmaqla digər təbliğati işlər görülmüşdür.

Bu günlərdə Ədliyyə Nazirliyinin böyük bir qrup əməkdaşı Qubada qanlı soyqırımı qurbanlarının kütləvi məzarlığını ziyarət etmiş, faciə qurbanlarının əziz xatirəsini ehtiramla anmışlar. Məlumat verilmişdir ki, məzarlıqda qazıntılar zamanı ermənilər tərəfindən xüsusi amansızlıqla, küt alətlərlə öldürülmüş yüzlərlə uşaq, qadın, ahıl yaşında olan insan cəsədlərinin qalıqları aşkar edilmişdir.

Sonra nazirliyin kollektivi Qubada Heydər Əliyev muzeyini və ulu öndərin abidəsini ziyarət etmiş, eksponatlarla tanış olmuş, xatirə şəkli çəkdirmişlər.

Keçidlər