X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Gənclər Günü Ədliyyə Nazirliyində qeyd olunmuşdur

Ədliyyə Nazirliyində 2 Fevral - Gənclər Günü münasibətilə yeni qulluğa qəbul edilən mütəxəssislərlə görüş keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan ədliyyə nazirinin müavini Toğrul Musayev ölkəmizdə vətənpərvər ruhlu, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz xidmətləri olan ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət gənclər siyasətinin əsas istiqamətləri barədə məlumat verərək, respublikamızda gənclər üçün geniş imkanların yaradıldığını bildirmiş, “Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq, ədliyyə sistemində kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılmasına xüsusi önəm verildiyini, şəffaf prosedurlarla, müsabiqə yolu ilə yüksək nəzəri hazırlığa və sağlam mənəviyyata malik gənc hüquqşünasların işə qəbulunun aparıldığını qeyd etmişdir. Uğur qazanmış namizədlərin Ədliyyə Akademiyasında icbari təlimlərə cəlb edildikdən sonra peşə fəaliyyətinə buraxıldığını xüsusi vurğulayan nazir müavini ötən il qulluğa qəbul olunanların 80 faizindən çoxunun gənc olmasını diqqətə çatdırmışdır.

Nazirlikdə gənclərin layiqli ədliyyə işçisi kimi formalaşmalarına, bilik, bacarıq və potensiallarından səmərəli istifadə edilməsinə, onların hüquqi maarifləndirilməsi, o cümlədən etik davranış qaydalarının, insan hüquqlarının və antikorrupsiya qanunvericiliyinin mükəmməl öyrənilməsi istiqamətində müxtəlif kurslara, treninqlərə və beynəlxalq tədbirlərə cəlb olunmasına xüsusi diqqət yetirildiyi qeyd edilmişdir.

Mərasimdə çıxış edən gənc ədliyyə işçiləri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmiş, qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsi üçün qüvvə və bacarıqlarını əsirgəməyəcəklərini, ədliyyə işçisi şərəfli adını daim uca tutacaqlarını qeyd edərək, bundan sonra da yüksək əzmlə çalışacaqlarını bildirmişlər.

Keçidlər