X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində görüş

Fevralın 3-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font və Jozef Debono Qrexlə görüşmüşdür.

Qonaqlar ölkəmizin Avropa Şurası qarşısında öhdəliklərinin icrasına dair hesabatın hazırlanmasını qeyd edərək bu sahədə görülən işlərlə və islahatlarla maraqlanmış, müasir Bakı istintaq təcridxanasına başçəkmə üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildirmişlər.

Konstruktiv və açıq dialoq şəraitində keçirilmiş görüşdə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı, Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində məhkəmə fəaliyyətinin müasirləşdirilməsi, o cümlədən hakimliyə namizədlərinin ən mütərəqqi qaydalarla seçimi, hakimlərin sayının 2 dəfə artırılması, icra qanunvericiliyinin təkmilləşdirilməsi, humanizm siyasətinin ardıcıl həyata keçirilməsi, İnsan hüquqları üzrə Avropa Məhkəməsi ilə uğurlu əməkdaşlıq, presedent hüququnun öyrənilməsi və tətbiqi, qərarlarının icrası barədə məlumat verilmişdir.

Keçidlər