X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Azərbaycan və Latviya arasında hüquqi əməkdaşlıq genişlənir

Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov fevralın 3-də Latviya ətraf mühitin mühafizəsi və regional inkişaf naziri Raymonds Veyonisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Azərbaycan və Latviya arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafını bildirən nazir ölkə başçılarının qarşılıqlı səfərlərini və geniş müqavilə hüquq bazasının mövcudluğunu, Azərbaycanda sürətli iqtisadi artımı, demokratik hüquqi dövlət quruculuğunda əldə olunan nəticələri, yerli özünüidarənin inkişafı üzrə görülən işləri, iki ölkənin bələdiyyə assosiasiyaları arasında səmərəli əlaqələri vurğulamışdır.

Latviyalı nazir oxşar tarixi olan ölkələrimiz arasında ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün geniş imkanların olduğunu vurğulamış, Latviya Bələdiyyələr İttifaqı ilə Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyaları arasında əməkdaşlığı yüksək qiymətləndirmiş, rast gəlinən problemlərin həlli üzrə qarşılıqlı təcrübə mübadiləsinin faydasını qeyd etmişdir.

Söhbət zamanı qonaqların diqqəti Ermənistan tərəfindən torpaqlarımızın 20%-nin işğalı, bir milyon soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilmişdir. Görüşdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, bu işdə regional ədliyyə şöbələrinin rolu, habelə ədliyyə və məhkəmə islahatları və digər qarşılıqlı maraq doğuran məsələlərə dair səmərəli fikir mübadiləsi aparılmış, əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə xidmət edən mühüm təkliflər irəli sürülmüşdür.

Qonaqlar nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşlar.

Keçidlər