X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

İctimai Komitənin yeni tərkibdə ilk iclası keçirilmişdir

Ədliyyə orqanlarında şəffaflığın artırılmasına diqqət yetirilərək, hüquq-müdafiə QHT-ləri ilə sıx əlaqələr qurulmuş, penitensiar sistemdə ictimai nəzarəti həyata keçirilməsi məqsədilə 2006-cı ildən müstəqil qurum - İctimai Komitə fəaliyyət göstərir.

Bu müddət ərzində Komitə tərəfindən penitensiar müəssisələrə müntəzəm olaraq 260-dan artıq sərbəst başçəkmələr edilmiş, nəticələri üzrə tövsiyə və hesabatlar təqdim olunmuş, bununla bağlı zəruri tədbirlər görülmüşdür.

Nüfuzlu ictimaiyyət nümayəndələrindən ibarət olan Seçki Komissiyası tərəfindən yenicə formalaşdırılmış İctimai Komitənin fevralın 11-də yeni tərkibdə ilk iclası keçirilmişdir. İclasda qurumun son bir illik fəaliyyəti dövründə görülmüş işlər müzakirə olunmuş, hüquq-müdafiəçisi Əliməmməd Nuriyev qurumun koordinatoru seçilmişdir.

Tədbirə qatılan ədliyyə naziri Fikrət Məmmədov ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına əsasən penitensiar sistemdə gedən köklü dəyişikliklərdən, o cümlədən məhkumların hüquqlarının təmin olunması, saxlanma şəraitinin müasirləşdirilməsi, bu sahədə şəffaflığın və ictimai nəzarətin artırılması, islah işi üzrə görülən tədbirlərdən danışmışdır.

Nazir korrupsiyaya qarşı daha da ciddi mübarizənin aparılması ilə bağlı dövlət başçısının tapşırıqlarını vurğulayaraq, bu günlərdə regionlara səfəri zamanı söyləmiş fikirlərini xatırlatmış, rüşvətxorluq və digər neqativ hallarla mübarizədə vətəndaş cəmiyyətinin təmsilçisi olan İctimai Komitənin rolunu xüsusi qeyd etmişdir.

İclasda Komitə üzvləri göstərilən etimadı yüksək qiymətləndirərək, daim rotasiya prinsipi əsasında fəaliyyət göstərən Komitənin davamlı penitensiar islahatlara səmərəli töhfə verəcəyini bildirmiş, məhkumların asudə vaxtlarının səmərəli təşkili, məşğulluğunun artırılması, psixoloji yardımın yaxşılaşdırılması və digər məsələlərlə bağlı konkret təkliflər irəli sürmüşlər.

Tədbirin sonunda ədliyyə naziri İctimai Komitə üzvlərinə cəzaçəkmə müəssisələrinə maneəsiz buraxılması üçün xüsusi vəsiqələr təqdim etmiş və uğurlu fəaliyyət arzulamışdır.


İctimai Komitənin yeni tərkibi

1. Camalov Şahin
Vəkilağa oğlu
"İnsan hüquqları XXI əsr - Azərbaycan" Fondunun prezidenti
2. Ələkbərova Elmira
Ənvər qızı
"El" İnkişaf Proqramları Mərkəzinin icraçı direktoru
3. Qənizadə Çingiz
Aşralı oğlu
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri
4. Qocamanlı Səidə
Məmməd qızı
İnsan hüquqları və qanunçuluğun müdafiəsi İctimai Birliyinin rəhbəri
5. Quliyev Nazir
Yunis oğlu
"Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyinin sədri
6. Məmişov Elmari
Cabir oğlu
Azərbaycan Gənc Hüquqşünaslar Birliyinin sədr müavini
7. Məmmədov Sahib
Məlik oğlu
Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri
8. Nuriyev Əliməmməd
Mali oğlu
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti
9. Seyidzadə Zaur
Mirtağı oğlu
"Zaur" Xeyriyyə Cəmiyyətinin sədri
10. Tahirova Zalihə
İsax qızı
Azərbaycan İnsan Hüquqları Müdafiə Mərkəzinin Şurasının üzvü

 

 

Keçidlər