X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Almaniya ilə hüquqi əməkdaşlıq inkişaf edir

Fevralın 23-də ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Almaniya Federativ Respublikasının ölkəmizdəki

“Azərbaycanda məhkəmə və
hüquq islahatlarının
dəstəklənməsi” layihəsinin rəhbəri

fövqəladə və səlahiyyətli səfiri Herbert Kvelle və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) məsul nümayəndələri ilə görüşmüşdür.

Azərbaycan və Almaniya arasında dostluq və əməkdaşlıq münasibətlərinin dinamik inkişafını bildirən nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda aparılan islahatları, xüsusilə ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, bu sahədə mühüm rolu olan hakimlərin ən şəffaf qaydalarla seçimi və inzibati məhkəmələrinin yaradılması üzrə görülən işlər barədə məlumat vermiş, islahatlarda GİZ-in fəal iştirakını qeyd etmişdir.

Ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyədə olmasını məmnunluqla bildirən səfir ümummilli

GIZ-in Azərbaycandakı
nümayəndəsi

lider Heydər Əliyevin hüquqi dövlətin quruculuğu üzrə ideyalarının uğurla icrasının şahidi olduğunu vurğulamış, GİZ-in ölkəmizə yeni təyin olunmuş layihə rəhbərlərini təqdim etmişdir. Qonaqlar GİZ ilə Azərbaycan arasında hüquqi əlaqələri təqdir etmiş, Ədliyyə Nazirliyi ilə uğurlu əməkdaşlığa görə minnətdarlıqlarını ifadə edərək, qarşılıqlı fəaliyyətin bundan sonra da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini söyləmişlər.

Görüşdə həmçinin, gələcək fəaliyyətin prioritetləri müəyyən olunaraq konkret təkliflər irəli sürülmüşdür.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşlar.

Keçidlər