X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə işçiləri könüllü qanvermə aksiyasına qoşulmuşlar

Respublikamızda əhalinin sağlamlığının qorunmasına, hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanların qabaqcıl dünya təcrübəsinə uyğun müalicə olunmasına xüsusi diqqət yetirilərək, bu sahədə məqsədyönlü tədbirlər həyata keçirilir, müasir infrastrukturlar yaradılır.

Görülən tədbirlər insanların donor qanına ehtiyacı probleminin həllinə, talassemiya və hemofiliya xəstəliklərindən ölənlərin sayının xeyli aşağı düşməsinə xidmət edir.

Bu xəstəliklərdən əziyyət çəkən uşaqlara köməklik məqsədilə mart ayında Ədliyyə Nazirliyi də könüllü qanvermə aksiyasına qoşulmuşdur. Nazirliyin aparatında və Tibb baş idarəsinin hospitalında qanalma əməliyyatının aparılması üçün zəruri tibbi ləvazimatlarla təmin olunmuş məntəqələr yaradılmışdır. Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu əməkdaşlarının iştirakı ilə keçirilən aksiyada ədliyyə işçiləri fəallıq nümayiş etdirərək qan vermişlər.

Keçidlər