X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Hüquqi sahədə beynəlxalq təcrübə mübadiləsi diqqət mərkəzində saxlanılır

Xəbər verildiyi kimi, Mərakeş Krallığının ədliyyə naziri Məhəmməd Nəsiri nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlmiş, ölkələrimiz arasında ilk dövlətlərarası hüquqi yardım haqqında müqavilələr imzalanmışdır.

Səfər çərçivəsində bir sıra rəsmi görüşlər keçirilmiş, penitensiar sistemdə həyata keçirilən islahatlarla maraqlanılaraq müasir Bakı istintaq təcridxanasına baş çəkilmiş, məhkumlar üçün yaradılmış şərait yüksək qiymətləndirmişdir.

Həmçinin qonaqlar bölgələrə səfər edərək regional ədliyyə qurumlarında ədliyyə işçiləri, hakimlər və prokurorlarla görüşmüş, hüquq sisteminin müasirləşdirilməsi, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə faydalı təcrübə mübadiləsi aparılmış, dövlətimizdə çoxşaxəli, o cümlədən regionların sosial-iqtisadi inkişafında əldə edilmiş nailiyyətlər yüksək dəyərləndirilərək, ölkələrində də islahatların aparılması nəzərdə tutulduğundan Azərbaycan təcrübəsindən bəhrələnmək istəyində olduqlarını bildirmişlər.

Mərakeşin Avropa ittifaqı ilə xüsusi tərəfdaş statusuna malik olması nəzərə alınaraq səfər çərçivəsində nümayəndə heyətinin zəngin təcrübəyə malik üzvləri hakimlər və prokurorlar üçün korrupsiyaya qarşı mübarizə mövzusunda Məhkəmə-Hüquq Şurasında keçirilən təlimlərdə iştirak etmiş, beynəlxalq antikorrupsiya tədbirləri, hüquq sistemində korrupsiyaya şərait yaradan hallar və onlarla mübarizə üzrə səmərəli fikir mübadiləsi və müzakirələr keçirilmişdir.

Keçidlər