X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Avstriya ilə ədliyyə sahəsində əlaqələr inkişaf edir

Aprelin 14-də ədliyyə naziri Fikrət Məmmədov Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Silvia Mayer-Kaybiç ilə görüşmüşdür.

Azərbaycan və Avstriya arasında dostluq və əməkdaşlıq münasibətlərinin uğurla inkişaf etdiyini bildirən nazir hüquqi sahədə də səmərəli əlaqələrin qurulduğunu vurğulamışdır. Nazir ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsini, o cümlədən penitensiar infrastrukturun təkmilləşdirilməsini, bu islahatlarda həm də avstriyalı mütəxəssislərin iştirakını qeyd etmişdir.

Avstriyanın respublikamızla hərtərəfli, o cümlədən hüquqi əməkdaşlığın inkişafında maraqlı olduğunu söyləyən qonaq iki ölkənin Ədliyyə nazirlikləri arasında səmərəli əlaqələri təqdir etmiş, bu münasibətlərin dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirərək, Azərbaycanın ədliyyə nazirini Avstriyaya səfərə dəvət etmiş, qarşılıqlı fəaliyyətə dair bir sıra konkret təkliflər irəli sürmüşdür.

Görüşdə inzibati ədliyyə, məhkəmə qərarlarının icrası, alternativ cəzaların tətbiqi, xüsusi notariusların fəaliyyəti və hakimlərin tədrisi məsələləri müzakirə olunmuşdur.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

Keçidlər