X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

ABŞ ölkəmizlə hərtərəfli əməkdaşlığın inkişafına maraq göstərir

Aprelin 22-də ədliyyə naziri Fikrət Məmmədov Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Metyu Brayza ilə görüşmüşdür.

Tanışlıq məqsədi daşıyan görüşdə ABŞ-ın Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə böyük əhəmiyyət verdiyi bildirilmiş, respublikamızın hərtərəfli dinamik inkişafı, o cümlədən demokratiyanın möhkəmlənməsinə xidmət edən məhkəmə-hüquq islahatları qeyd edilmiş, bu sahədə əldə olunmuş nailiyyətlər yüksək qiymətləndirilmişdir. Qazanılmış uğurların beynəlxalq ictimaiyyətə daha geniş çatdırılmasının vacibliyi vurğulanmışdır.

Söhbət zamanı həmçinin, ədliyyə sahəsində əməkdaşlığın perspektivləri və maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Qonaq nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olmuşdur.

 

Keçidlər