X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Gürcüstan hüquqi əməkdaşlığın dərinləşməsinə böyük önəm verir

Azərbaycanda səfərdə olan Gürcüstanın ədliyyə naziri Zurab Adeişvili aprelin 29-da ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür.

Ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərini qeyd edən nazir dövlət başçılarımızın bu əlaqələrin inkişafına daim diqqət göstərdiyini vurğulamış, respublikamızda aparılan demokratik islahatlar, məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsi, bu sahədə müsbət təcrübə barədə məlumat vermiş, səfərin hüquqi əməkdaşlığa təkan verəcəyini bildirmişdir.

Gürcüstanın Azərbaycanla hərtərəfli, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlı olduğunu bildirən qonaq respublikamızda aparılan mütərəqqi dəyişikliklərlə tanışlıqdan məmnunluğunu ifadə edərək qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyətini vurğulamışdır. Z.Adeişvili ədliyyə infrastrukturunun yeniləşməsi və fəaliyyətdə müasir texnologiyaların tətbiqi barədə məlumat verərək, gələn ay Batumi Ədliyyə Nazirliyinin yeni inşa olunmuş binasının açılış mərasiminin keçiriləcəyini bildirmişdir.

Görüşdə əməkdaşlığa dair bir sıra konkret təkliflər irəli sürülmüş, maraq doğuran məsələlər üzrə faydalı fikir mübadiləsi aparılmışdır.

Qonaqlar nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşlar.

 

Keçidlər