X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı sənədlərin qəbulu may ayının 10-dək davam edəcəkdir

Ədliyyə Nazirliyinin aşkarlıq şəraitində yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə malik kadrlarla komplektləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdirilir.

Son dövrlər keçirilən müsabiqə və müsahibələrdə 3000-dən çox şəxs iştirak etmiş və sınaqlardan uğurla çıxmış 1000 nəfərə yaxın gənc ədliyyə orqanlarına qulluğa qəbul olunmuşdur. Bu gün gənclər ədliyyə orqanlarında layiqli dövlət qulluqçusu kimi uğurla fəaliyyət göstərirlər.

Hazırda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən növbəti sayca 5-ci açıq müsabiqə barədə kütləvi informasiya vasitələrində geniş məlumatlar verilmiş və Müsabiqə Komissiyası bildirir ki, cari ilin yanvar ayının əvvəlindən başlanmış sənəd qəbulu may ayının 10-dək davam edəcəkdir.

Ötən müddətdə müsabiqədə iştirak etmək üçün 300-dən çox hüquqşünas müraciət etmişdir ki, onların da böyük əksəriyyəti gələcəyini ədliyyə orqanları ilə bağlamaq istəyən gənclərdir.

Namizədlər onlara kömək məqsədilə hazırlanmış "Yaddaş kitabçası"nı may ayının 11-dən etibarən bütün iş günləri saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) götürə bilərlər.

"İmtahana buraxılış vərəqəsi"nin təqdim edilməsi vaxtı və qulluğa qəbulla əlaqədar 21 may 2011-ci il tarixdə keçirilməsi nəzərdə tutulan test imtahanının yeri barədə əvvəlcədən məlumat veriləcəkdir.

Əlavə məlumat almaq üçün nazirliyin internet səhifəsinə (www.justice.gov.az) və 430-01-18, 430-11-05 nömrəli telefonlarla müraciət etmək olar.

Keçidlər