X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Satınalma üzrə ümumi bildiriş

Azərbaycan Respublikası
Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsi - Əlavə Maliyyələşdirilmə
Dövlət sektorunun idarəolunması
Layihənin N-si: P125741

Azərbaycan Respublikası Hökuməti Beynəlxalq İnkişaf Assosiyasından 9.2 mln. ABŞ dolları məbləğində kredit və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankından 24.2 mln ABŞ dolları məbləğində borc üçün müraciət etmiş və vəsaitlərin bir hissəsini Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsi çərçivəsində mallar, tikinti işləri və məsləhət xidmətlərinin xərclənməsi üçün nəzərdə tutur.

Layihəyə aşağıdakı komponentlər daxildir:

Komponent 1: Ədliyyə və məhkəmə qurumlarının idarəetmə potensialının gücləndirilməsi.

Bu komponent çərçivəsində tikinti işlərin görülməsi, mallar, məsləhət xidmətləri və təlimin həyata keçirilməsi vasitəsilə iş səmərəliliyinin artırılması məqsədilə məhkəmə işlərinin  idarəolunması üzrə vahid informasiya sisteminin yaradılması və tətbiqi.

Komponent 2. Məhkəmə binalarının və texnologiyalarının müasirləşdirilməsi üçün (a) seçilmiş məhkəmələrdə tikinti və yenidənqurma işlərinin aparılması, o cümlədən ofis avadanlığı ilə təmin edilməsi; və (b) məhkəmələrdə texnologiyaların müasirləşdirilməsi: (i) nümayiş məqsədi ilə məhkəmə işlərinin idarə edilməsi üçün avtomatlaşdırılmış idarəetmə sisteminin işlənib hazırlanması və sınaqdan keçirilməsi; və (ii) yuxarıda göstərilən komponent 2 (a) bəndi üzrə tikilən və yenidənqurulan məhkəmələrin informasiya və kommunikasiya və digər texniki avadanlıqlarla təchizatı.

Komponent 3. Hakimlər, məhkəmə işçiləri və digər hüquq mütəxəssislərin peşəkarlığının gücləndirilməsi.

Bu komponent çərçivəsində (a) təlimin təşkil edilməsi vasitəsilə hakimlər, məhkəmə işçi heyəti və digər hüquq mütəxəssislərinin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi; və (b) diaqnostik iş və müvafiq strategiyanın istiqamətlərinin müəyyən edilməsi vasitəsilə hakim, məhkəmə işçi heyəti və digər hüquq mütəxəssisləri tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması.

Komponent 4. Vətəndaşların məlumatlılığının artırılması və məhkəməyə müraciətin asanlaşdırılması adlı komponenti çərçivəsində: (a) məhkəmə və hüquqi informasiya mərkəzlərinin  yaradılması; empirik və analitik işlərin aparılması və müvafiq strategiyanın istiqamətlərinin müəyyən edilməsi ilə məhkəməyə müraciətin asanlaşdırılması və vətəndaşlara məsləhət xidmətlərinin göstərilməsi; (i) hüquqi yardım sisteminin təhlili, (ii) hüquqi xidmətlər bazarının təhlili, (iii) elektron notariat sisteminin ikinci mərhələsinin həyata keçirilməsi, (iv) məhkəmələrdə mübahisələrin həllinin təhlili və mübahisələrin alternativ həlli yollarının araşdırılması üzrə empirik təhlil; (v) məhkəmə qərarlarının icrasının təhlili və onun təkmilləşdirilməsi yolları; (vi) məsləhət xidmətləri və təlimlərin aparılması vasitəsilə vətəndaşların məlumatlılığının artırılması üçün təbliğat xarakterli fəaliyyətlərin həyata keçirilməsi.

Komponent 5. Layihənin idarəolunması. Bu komponent çərçivəsində Ədliyyə Sisteminin Müasirləşdirilməsi Layihəsinin İcra Qrupunun idarəetmə, monitorinq və əlaqələndirilmə potensialının gücləndirilməsi məqsədilə mallar, məsləhət xidmətləri, təlim, layihə auditi və əməliyyat xərclərinin maliyyələşdirilməsi nəzərdə tutulur.  

Müqavilələrin satınalınması hazırda qüvvədə olan Dünya Bankının sorğu kitabında əks olunmuş Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı borcları və Beynəlxalq İnkişaf Assosiasiyası kreditləri çərçivəsində həyata keçiriləcək və tenderdə iştirak etmək səlahiyyəti olan bütün ölkələr bu müsabiqədə iştirak edə bilərlər. Məsləhət xidmətləri Dünya Bankının hazırda qüvvədə olan "Dünya Bankından kredit və borc alanlar tərəfindən məsləhətçilərin seçimi və işə qəbulu üzrə qaydalarına" uyğun olaraq həyata keçiriləcəkdir.

Dünya Bankının Beynəlxalq Müsabiqə Hərracı  (BMH) prosedurları və məsləhət xidmətləri əsasında keçirilən tenderlər üçün xüsusi satınalma bildirişləri UN Development Business, dgMarket, yerli "Respublika" qəzeti və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin veb səhifəsində dərc olunacaq.

Layihə çərçivəsində aparılacaq tenderlər haqqında məlumatla maraqlanan tərəflər aşağıdakı ünvana müraciət edərək əldə edə bilərlər:

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi

AZ1073, İnşaatçılar prospekti 1, 5-ci mərtəbə, otaq ? 505

Bakı, Azərbaycan 

Tel: (99412) 510 85 59/60

Faks: (99412) 510 76 72

Elektron ünvan: office_jmp@justice.gov.az

                            jmpofficeaze@yahoo.com

Keçidlər