X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyi mətbuat xidmətinin məlumatı

Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanında müvəffəqiyyət qazanmış 124 namizədlə müsabiqənin ikinci mərhələsində fərdi qaydada söhbət keçirilməsinə iyun ayının 17-dən başlanılmasını qərara almışdır.

Qaydalara müvafiq olaraq Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti 1) keçiriləcək söhbətə dəvət edilən hər bir namizədə söhbətin tarixi və vaxtı barədə əvvəlcədən məlumat veriləcəkdir. Söhbətə gələnlər özləri ilə şəxsiyyət vəsiqəsini gətirməlidirlər.

Xatırladırıq ki, müsabiqədən uğurla keçmiş namizədlər peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin sonunda keçiriləcək imtahan nəticəsində müvəffəqiyyət qazananların qulluğa qəbul məsələsi həll olunacaqdır.

Keçidlər