X
Azərbaycanın tutduğu yol müstəqil Azərbaycan Respublikası, demokratik hüquqi cəmiyyət qurmaq yoludur! Heydər Əliyev
Ölkəmizin hərtərəfli inkişafı üçün, demokratik, hüquqi dövlətin əsaslarının möhkəmlənməsi üçün məhkəmə-hüquq sisteminin təkmilləşməsi başlıca şərtdir İlham Əliyev

Ədliyyə Nazirliyində Gürcüstanın ölkəmizdəki səfiri ilə görüş keçirilmişdir

İyunun 8-də ədliyyə naziri Fikrət Məmmədov Gürcüstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze ilə görüşmüşdür.

Görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq və səmərəli əməkdaşlığın dinamik inkişafı qeyd olunaraq, iki ölkənin ədliyyə nazirlərinin bu aylarda edilmiş qarşılıqlı səfərlərinin, keçirilmiş rəsmi görüşlərin, aparılmış faydalı danışıqların və təcrübə mübadiləsinin hüquqi sahədə əlaqələrin genişləndirilməsinə böyük təkan verdiyi vurğulanmışdır.

Səfir Azərbaycan ədliyyə nazirinin ötən ay Batumidə müasir Ədliyyə Evinin açılışında iştirak etdiyinə görə Gürcüstan tərəfinin təşəkkürünü çatdırmışdır.

Söhbət zamanı dövlətlərimizin ədliyyə orqanları arasında əlaqələrin daha da genişləndirilməsi, o cümlədən hüquqi yardım, məhkumların verilməsi və digər maraq doğuran məsələlər müzakirə olunmuşdur.

Keçidlər